Erməni təxribatları nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb FOTO RƏSMİ

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb. Bundan başqa, 415  mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2338 yaşayış evi yarasız hala düşüb. Musavat.com

Prezidentin köməkçisi: “Nənə nəvəsinə deyir ki, erməni tankı vurmasan, geri gəlmə…”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev məqalə yazıb. Musavat.com məqaləni təqdim edir: Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır! Nəsillərdən bizə miras […]

Paşinyan xalqı təslim olmağa hazırlayır

Deputat: “Baş nazir məğlubiyyətin məsuliyyətini xalqın üzərinə yükləməyə cəhd edir” Azərbaycanın müzəffər Ordusu torpaqlarımızı işğaldan azad etdikcə, Ermənistan rəhbərliyi məğlubiyyətin qaçılmaz olduğunu dərk etməyə başlayır. Artıq işğalçı ölkənin baş naziri Nikol Paşinyan kompromislərə hazır olduqlarını dilə gətirir. Oktyabrın 26-da Nikol Paşinyan özünün “Facebook” səhifəsində birbaşa çıxışında bildirib ki, erməni xalqı kompromisə hazırdır: “Azərbaycan həmişə daha […]

Vətən müharibəsinin 1 ayı- 30 günün böyük tarixi qələbələri

Azərbaycan xalqı və dövləti dünyanı heyrətləndirməyi bacardı; biz bu qısa müddətdə təkcə özümüzü deyil, həm də dövlətimizə rəhbərlik edən adamı kəşf etdik; Tofiq Zülfüqarov: “Paşinyan başa düşür bu vəziyyət uzun müddət davam edə bilməz” 27 sentyabrda Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatı ilə başlayan ikinci Qarabağ müharibəsi – Vətən Müharibəsinin 1 ayı tamam oldu. Tarix […]

Cantaraq milyonçunun Qarabağ səfəri

Bu günlər yerli media ilə yanaşı, məcburən Ermənistan mətbuatını da izləməli oluruq. Vacibdir, baxaq, görək, nə yazırlar, nə düşünürlər, ağ bayraq qaldırırlarmı? Bizim kəndin camaatı demişkən, onsuz da alabaydaq olublar. Hər dəfə hansısa erməni saytına daxil olanda adamın qarşısına ilk olaraq sur-suyumundan “Zita və Gita” filmində Zitanın (ya da Gitanın) nişanlısı rolunu oynayan hind aktyoru […]

Vəzifəsindən götürülən, “milli qəhrəman” adı verilən “general” – deyirlər, bu gün-sabah işinin başına qayıdacaq

Srağagün xidməti avtomobili ilə Xocavənd rayonundakı hərbi hissəyə baş çəkməyə gedərkən ordu birləşmələrimiz tərəfindən vurulan “müdafiə naziri” Cəlal Arutyunyana “Artsaxın milli qəhrəmanı” fəxri adı verilib. Bu barədə qondarma rejimin rəhbəri Araik Arutyunyan fərman imzalayıb.  Qeyd olunur ki, C.Arutyunyan erməni xalqının müdafiəsinin təşkilində böyük şücaət göstərib, hazırda yaralıdır və yaxın vaxtlarda sıraya dönəcək. İndilikdə onun yerinə […]

Sarsıdıcı boykot

Yaxud indi Kərəmə kimi alaq Düşünürəm ki, Türkiyəni çox ağır günlər gözləyir. Nəyə görə? Çün, bu həftə Ermənistan türk mallarını boykot etmək qərarı çıxarmışdır. Deyir Türkiyə Azərbaycana davada dəstək verir, o səbəbdən biz daha üzərində “türk malı” yazılan şeyləri almayacağıq. Bah-bah. Hətta ermənicə ax-vax… Gəlin biz Ermənistanın yerinə də Türkiyə mallarını alaq, qardaş ölkə batmasın. […]

Tramp: Rusiya və Çin bizə həsəd aparır

Rusiya və Çin ABŞ-ın hərbi gücünə həsəd aparır. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Viskonsində seçiciləri qarşısında çıxış edərkən deyib. “Dünyanın ən yaxşı silahlı qüvvələri bizdədir. Rusiya və Çin bizə həsəd aparır. Heç kim düşünmürdü ki, biz bunlara qadirik, lakin bütün bunlar ABŞ-da hazırlanıb. Nüvə silahlarımız çox yaxşı vəziyyətdədir. Sadəcə ümid […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031