Moldovadakı səfirimiz Prezident İlham Əliyevin məktubunu Mayya Sanduya çatdırıb

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Prezident İlham Əliyevin həmkarı Maya Sanduya ünvanladığı təbrik məktubunu ona çatdırıb. Musavat.com xəbər verir ki, səfir yeni prezidentə bir dəstə çiçək də təqdim edib və Moldova və Azərbaycan arasında gələcəkdə də səmərəli əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib. Daha əvvəl xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Fəaliyyət və Həmrəylik […]

Erməni general: “Ermənistan Müdafiə Nazirliyinin döyüşlərlə bağlı məlumatlarının 100 %-i yalan idi”

“Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 %-i keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 %-i yalan idi”. “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik […]

UNEC-də Qarabağ iqtisadiyyatının gələcək inkşafı ilə bağlı müzakirələr keçirilib

UNEC-də “Qarabağ müzakirələri” çərçivəsində növbəti tədbir keçirilib. Canlı yayımlanan müzakirələr “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusunda olub. UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor […]

Dünya ölkələrinin borcu rekord həddə çata bilər

Qlobal borc miqdarı 2020-ci ilin yekununda 277 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çata bilər. “Report” xəbər verir ki, bu barədə Vaşinqton Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb. “Yeni növ koronavirus infeksiyası nəticəsində meydana gələn iqtisadi tənəzzül keçən ilin sonundan bəri dünya ölkələrinin borcunu 15 trilyon ABŞ dolları miqdarında artırıb. Nəticədə qlobal borc miqdarı 2020-ci ilin […]

ABŞ İrana qarşı növbəti sanksiyaları təsdiqlədi

Vaşinqton İranın doqquz şirkətinə və 47 təşkilatına qarşı növbəti sanksiya paketini təsdiqləyib. Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Sanksiya siyahısına həmçinin İranın kəşfiyyat naziri Mahmud Ələvi və “Mostazafan” xeyriyyə fondu da daxil edilib. Vaşinqtonun məlumatına görə, Mahmud Ələvi insan hüquqları pozuntusu və 2019-cu ildə İrandakı etiraz aksiyası […]

Hadrut qəsəbəsi elektrik enerjisi ilə təmin olunub

Xocəvənd rayonunun Hadrut qəsəbəsi elektrik enerjisi ilə təmin olunub. Bunu “APA-Economics”ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib. Onun sözlərinə görə, qəsəbədəki 35/10 kilovoltluq yarımstansiyaya, 10 kilovoltluq Cəbrayıl xəttindən elektrik enerjisi verilib: “Bu gündən etibarən Hadrut qəsəbəsində olan vacib obyektlərə elektrik enerjisinin verilməsinə başlanılıb”.

Hövsanda 161 saylı marşrut sakinlərə zülm edir – Foto

Paytaxtın Hövsan qəsəbəsindən Suraxanıya işləyən 161 saylı marşrut xəttində olan avtobuslar bərbad və acınacaqlı vəziyyətdədir. Bu barədə Reportyor.info-ya şikayət edən qəsəbə sakinlərinin sözlərinə görə, avtobuslar dağılıb-tökülür, sınıq-salxaqdır, oturacaqları pis gündədir. Sərnişinlər deyirlər ki, “Transgeyt” şirkətinə məxsus olan 161 saylı avtobuslar yığışdırılmalıdır. Hövsan sakinlərinin sözlərinə görə, dəfələrlə bu marşrut xəttinin bağlanması üçün müraciət ediblər. Hətta Bakı […]

Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilməsi təklif olunur. Musavat.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliklə “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunacaq.

Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin sabah – noybarın 20-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib. Musavat.com xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) daxil edilib. Bununla da iclasın gündəliyindəki məsələlərin sayı 11-ə çatıb. […]

Ağdamdan çıxan ermənilər evləri, mağazaları yandırırlar VİDEO

Ermənilər işğal etdikləri Ağdamı da tərk edərkən evlərə və mağazalara od vururlar. APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ağdamın Boyəhmədli kəndində yaşayan Armen adlı şəxs özünün evini və ərzaq dükanını yandırıb. O, evinin və dükanının azərbaycanlılara qalmaması üçün bu addımı atdığını bildirib. Kəndin digər sakinləri də əllərinə keçən əşyaları özləri ilə aparır, yerdə qalanlara […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30