Demokratiya mücahidi: Hikmət Hacızadə ilə vida mərasimindən – Videoreportaj

Bu gün Azərbaycanın Xalq Hərəkatının fəallarından olan, Elçibəy hakimiyyəti dövründə Baş nazirin müavini və Rusiyada səfir vəzifələrində işləmiş Hikmət Hacızadə dünyasını dəyişib. Musavat.com xəbər verir ki, Hikmət Hacıyev bir neçə saat öncə Yasamal qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində Hikmət Hacızadənin əqidə yoldaşları, ölkənin tanınmış ictimai-siyasi fəalları, Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, […]

“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı kimlərə veriləcək? – AÇIQLAMA

“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının kimlərə veriləcəyi açıqlanıb. Musavat.com xəbər verir ki, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin […]

Erməni nazir uğursuz PUA sınağına görə istefa ərizəsi yazıb

Ermənistanda pilotsuz uçan aparatların sınağı baş tutmadığı üçün ölkənin nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan bu yaxınlarda istefaya göndəriləcək. “Report” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” nəşri yazıb. “Müharibə zamanı çoxlu maraqlı hadisələr və uğursuzluqlar baş verib. Onları yavaş-yavaş öyrənəcəyik. Hökumətin bəzi məmurları döyüş zamanı təcrübə keçirməyə cəhd göstərib. Onlardan biri də nazir […]

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis olunur

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis olunur. Bu barədə Musavat.com-a Milli Məclisdən məlumat verilib. Bildirilib ki, parlamentin bu gün keçiriləcək plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Qarabağda ermənilər tərəfdə döyüşən daha 3 muzdlunun kimliyi məlum olub FOTO

Ermənistan tərəfində döyüşmək üçün Suriyadan Dağlıq Qarabağa gətirilən və Azərbaycan Ordusunun məhv etdiyi daha üç muzdunun kimliyi məlum olub. “Report” xəbər verir ki, bu barədə məlumat Daşnaksütun Partiyasının feysbuk səhifəsində paylaşılıb. Bunlar Suriyanın Hələb şəhərinin ermənilərin sıx məskunlaşdığı məhəllələrin özünümüdafiə komandiri, Daşnaksütunun üzvü Arut Panoyan (1976-cı il doğumlu), Hələb sakini Akop Astarçyan (1991-ci il doğumlu) və Hələbin özünümüdafiə yaraqlısı Mosik Seklemyandır […]

Ölkədə onlayn dərslər nə dərəcə keyfiyyətlidir?

Kamran Əsədov: “İbtidai siniflərdə təhsil alanlar üçün bu daha çətin təhsil formasına çevrilib” Dünyada tüğyan edən koronavirus bəlası ucbatından artıq bu ilin mart ayından etibarən Azərbaycanda da tədris onlayn formaya keçirilib. Doğrudur, sentyabr ayından müəyyən qisim şagirdlər həftədə 2 və yaxud 3 dəfə olmaqla ənənəvi dərslərə qoşula bildilər. Lakin sonrakı koronavirusla bağlı mövcud vəziyyət, eyni […]

Fransanın “Paris Match” jurnalı Ermənistanın mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən yazır FOTO

Fransanın “Paris Match” jurnalında dərc olunmuş məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından, Azərbaycan şəhərlərinə raket hücumları etməsindən, mülki əhalini qətlə yetirməsindən bəhs olunur. Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Ermənistanın Bərdəyə raket hücumu nəticəsində şəhərdə yaranmış vəziyyət təsvir edilir. Bərdə şəhərində raket zərbəsinin endirildiyi ərazidə olan fransalı jurnalist buranın qan çanağına döndüyünü, 21 mülki azərbaycanlının […]

“Elçibəy İnstitutu”nun təsisi – mərhum prezidentin silahdaşları danışdı

Noyabrın 17-də bir qrup tanınmış şəxsin təsisçiliyi ilə Azərbaycan Milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin adına institut yaradıldı. Təsisçilər vaxtilə Elçibəy komandasının özəyini təşkil edən şəxslərdir. Onlar aşağıdakılardır: Pənah Hüseyn, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Arzu Səmədbəyli, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov. İnstitut Elçibəyin elmi-nəzəri -ideoloji irsini toplamaq, mühafizə və müdafiə, […]

Alabaşın şücaət dolu süjetlərinin zibili və yeni təxribatı

Şuşanın əsgərlərimiz tərəfindən götürüldüyü günlərdə təxribatçı hərbi jurnalist Semyon Peqov haqqında bir yazı yazmışdım, başlığı “Dəhliz kənarıyla qaçan Alabaş” idi. Bir daha aydırım ki, bu başlığı böyük yazıçı Çingiz Aytmatovun məşhur “Dəniz kənarıyla qaçan Alabaş” əsərinin adına parodiya eləmişdim. Həmin əsərin rusca adı belədir: “Peqiy pyos, bequşiy krayem morya”. “Peqiy” sözünün bizim dilə tərcüməsi “alabaş” […]

Hikmət Hacızadə vəfat etdi

Azərbaycanın milli-azadlıq hərəkatının liderlərindən biri olan Hikmət Hacızadə bu gün, 66 yaşında vəfat edib. Bu barədə mərhumun oğlu Adnan Hacızadə sosial şəbəkədə məlumat yaylb. Hikmət Hacızadə 3-4 gün əvvəl insult keçirmiş, komaya düşmüşdü. Həkimlər onun həyatını xilas edə bilməyiblər. A.Hacızadə bildirib ki, atası bu gün saat 11.30-da Yasamal qəbristanlığında torpağa tapşırılacaq. Bildirilir ki, pandemiya ilə əlaqədar […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30