Azərbaycanda maskalardan istifadə ilə bağlı nəzarət gücləndirildi

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın Respublika müşavirəsində maskalardan istifadə ilə bağlı məsələlər də müzakirə edilib. Musavat.com-un məlumatına görə, qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün […]

Qərb mediasının II Qarabağ savaşı ilə bağlı yalanlarına qarşı necə mübarizə aparılır?- Xaricdə yaşayan soydaşlarımız danışdılar

“Azərbaycan əleyhinə qərəzli yazılar yazan bəzi KİV-lərə müraciət göndərmişik və xahiş etmişik ki, təkzib verib, xalqımızdan üzr istəsinlər” Azərbaycanın apardığı Vətən savaşında Ermənistanı müdafiə etmək üçün beynəlxalq aləmdə öz dəyər və prinsiplərindən imtina edən tərəflərdən biri də Qərb mediası oldu. Avropa dövlətlərindən bir çoxunun media qurumları müharibəni xristian-müsəlman savaşı kimi, Azərbaycan ordusunun mülki əhalini vurduğunu […]

Damir Muhetdinov: “O ərazilərdə qondarma rejim olduğu onilliklər ərzində bölgədəki 67 məsciddən 63-ü dağıdılıb”

“Müsəlman abidələrinin təhqir və məhv edilməsinə göz yumaraq yalnız Dağlıq Qarabağdakı xristian kilsələrinin qorunmasını zəruri hesab etdiklərini tamamilə açıq şəkildə göstərən mədəniyyət xadimlərinin seçici yanaşması məni heyrətləndirdi”. Bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov feysbuk səhifəsində yazıb. Qeyd edək ki, içərisində rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri olan bir […]

Əfqanıstan paytaxtı raket atəşinə tutulub, ölənlər var

Əfqanıstanın paytaxtı Kabul şəhərinin noyabrın 21-də səhər saatlarında raket atəşinə tutulması nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb. “Report” xəbər verir ki, məlumatı “Pajhwok” agentliyi yayıb. Bildirilib ki, Kabula səhər saatlarında azı 10 raket buraxılıb. Kabulun bir neçə rayonu da atəşə məruz qalıb. 09:15 Əfqanıstanın paytaxtı Kabul şəhəri noyabrın 21-də səhər saatlarında raket atəşinə […]

Unutmağa haqqımız yoxdur…

Elə uğurlar, elə qələbələr var ki, onları görüb ölməyin özü böyük xoşbəxtlikdir. Bəli, inanmaq çətindi; Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və hətta Şuşa qayıtdı! İndi də Ağdam, Kəlbəcər və Laçın qayıdır… Bəli, heç də bütün dostlara, silahdaşlara, tərəfdaşlara və yaxınlara, minlərlə və daha çox azərbaycanlıya bu günləri görmək qismət olmadı. Amma daha yaşlı insanlarımızın, xüsusən də […]

Sergey Şoyqu Ermənistana gedib

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. APA-nın məlumatına görə, Ermənistanın Nazirlər Kabinetindən TASS-a bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçukun da bu ölkəyə səfəri gözlənilir.

Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir – Mövlud Çavuşoğlu

Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, təəssüflər olsun ki, bəzi dövlətlər Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə ya tərəfsiz qaldılar, ya da Ermənistana açıq şəkildə dəstək verdilər: “Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququ heçə saydığını göstərmişdi. Ermənistanı durdurmağın […]

Ərdoğan Səudiyyə Ərəbistanı kralı ilə G20 sammitindən danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudla telefonla danışıb. APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb. Məlumata görə, söhbət zamanı iki ölkə arasındakı münasibətlər müzakirə edilib, həmçinin bu il Səudiyyə Ərəbistanının sədrliyi ilə keçiriləcək G20 sammiti ilə bağlı müzakirələr aparılıb. Prezident Ərdoğan və Kral Salman […]

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Musavat.com-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 02:59-da Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.0, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.

Ermənistanın XİN başçısı dəyişdi, davranışı da dəyişəcəkmi?

Azərbaycanın Vətən müharibəsində rüsvayçı şəkildə məğlub etdiyi təcavüzkar Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın istefası müzakirə mövzusudur. Artıq onun yerinə təyinat da olub. Bu Ara Ayvazyandır. XİN-dəki bu dəyişiklikdən sonra düşmən ölkənin xarici siyasətində dəyişikliklər olacaqmı, ermənilər heç olmasa bu dəfə haqq yolu axtaracaqlarmı kimi yaranan suallar ətrafında çoxsaylı fikirlər dolaşır. Bütün bunlarla yanaşı, Ermənistanda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30