DİN-dən Yeni il bayramı ilə bağlı xəbərdarlıq

Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik […]

Rusiya prezidenti Qarabağ razılaşmasının icrasından danışdı

“Qarabağla bağlı məlum razılaşma bütövlükdə ardıcıllıqla həyata keçirilir”. “Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında bildirib. “Rusiyanın Qarabağ bölgəsində qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq, sabitləşmə prosesinə başlamaq üçün müəyyən vasitəçilik səyləri göstərdiyi artıq qeyd olunub. Biz ATƏT-in Minsk qrupu tərəfindən əldə edilmiş başlıca razılaşmalara əməl etməyə çalışırdıq”, – Rusiya […]

Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olunub FOTOLAR

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi üzrə mənzillər mənzil fonduna daxil edilib. Musavat.com bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, yeni kompleks Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 132 mənzil təklif olunur. Qeyd olunan yaşayış kompleksində […]

“İbrahim Tatlısəsin vurulmasına sevindim” – illərlə davam edən məhkəmə prosesindən ilginc təfərrüat

“İbrahim Tatlısəsin vurulmasına sevindim”. Bu sözləri İbrahim Tatlısəsin vurulmasında günahlandırılan Abdullah Uçmak ötən gün məhkəmə prosesində səsləndirib. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, doqquz il əvvəl odlu silah ilə başından vurulan İbrahim Tatlısəsi öldürmək istəyənlərə qarşı açılan ağır cinayət işi yenidən gündəmə gəlib. Sonuncu məhkəmə prosesində məşhur müğənniyə və həmin an yanında olan köməkçisi ilə sürücüsünə […]

Gömrük Akademiyası Koreyanın Gömrük Sərhəd Nəzarəti Təlim İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Koreya Gömrük Xidmətinin (KGX) Gömrük Sərhəd Nəzarəti Təlim İnstitutu (GSNTİ) arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Musavat.com xəbər verir ki, tədbirdə çıxış edən GSNTİ-nin baş direktoru Anna Ço təmsil etdiyi qurumun beynəlxalq təlimlərdə təcrübəsindən söz açaraq, GSNTI-nin 2010-cu ildən etibarən eyni zamanda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Təlim Mərkəzi (RTM) kimi […]

İlham Əliyev: “Biz Paşinyanın deyil, Köçəryan ilə Sarqsyanın ordusunu məhv etdik”

“Ermənistanın daxili siyasi vəziyyətinə qarışmaq məqsədi güdmədən demək istəyərdim ki, darmadağın edilən ordu Paşinyanın deyil, Köçəryan və Sarqsyanın 20 il ərzində yaratdığı ordudur”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib. “Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını Paşinyanın ordusu dağıtmayıb. O, elə bir tapşırıq vermirdi. Birincisi, dağıtmağa […]

Bakıda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlanıb FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 – Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, M. Ə. Sabir küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Arif Oruc oğluna məxsus evdə “Daşkəsən balı” əmtəə nişanı adı altında saxta bal məhsulunun qablaşdırılması müəyyən olunub. Musavat.com xəbər verir ki, agentliyin əməkdaşları sözügedən […]

ÜST tərəfindən TƏBİB-ə 1 milyon ədəd tibbi maska təhvil verilib FOTO

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon ədəd tibbi maska təhvil verilib. APA-nın xəbərinə görə, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və TƏBİB-in tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva təhvil-təslim aktını imzalayıblar. Bundan sonra da müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanması davam edəcək.  

Şair Ramaldanov: “Şuşaya insanların qayıdışı daha tez baş verəcək, çünki…”

Dünyanın ən güclü ordularından biri olan Türkiyə Silahlı Qüvvələri artıq Azərbaycandadır! Öncə minaaxtaranlar olsa da, fakt baş verdi! Türk Ordusu Azərbaycana daha 136 minaaxtaran göndərdi – bundan əvvəl də göndərmişdi. Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupunda 136 nəfər ərazilərin minalardan təmizlənməsi və eyni zamanda Azərbaycan Ordusundakı mina təmizləyən qruplara təlimlər keçmək üçün […]

Azad olunan ərazilərdə biznesə dövlət dəstəyi

İş adamlarının təklifləri… Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərimizdə infrastrukturun bərpası istiqamətində təcili addımlar atmağa başlayıb. Xüsusilə dünyanın mədəniyyət inciləri siyahısında olan Şuşa şəhərinə avtomobil yolunun çəkilişi, şəhərin elektrik enerjisi, su ilə təchizatı istiqamətində təxirəsalınmaz tədbirlərə başlanıb. Yaxın bir neçə ay ərzində Şuşanın təbii qazla da təchiz olunması nəzərdə tutulur. Bundan əlavə, Xocavənd rayonunun işğaldan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031