“Erməni tibb bacıları bizim əzabımıza gülürdülər” – Əsirlikdən dönən hərbçi

Bizə dəhşətli işgəncələr verirdilər. Trend-in məlumatına görə, bunu erməni əsirliyindən qaytarılan Azərbaycan Ordusunun giziri Ömər Ələkbərov deyib. O bildirib ki, ermənilər yaralı əsgərlərin yarasını sıxıb onlara işgəncələr veriblər: “Mən ayağımdan yaralanmışdım. Məni müalicə etmək əvəzinə ermənilər barmağını yarama basıb sümüyə qədər sıxırdılar. Erməni tibb bacıları iynə vuranda iynəni 15-20 dəfə dəriyə salıb çıxarırdı. İynəni dərinin […]

Ermənistan XİN başçısı Qarabağ terrorçuları ilə görüşə gəlir-Təxribat

Ermənistan rəhbərliyi təxribatçı addımları ilə 10 noyabr anlaşmasını pozmaqda davam edirlər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bu gün qanunsuz olaraq Azərbaycan ərazisinə, Qarabağa gəlir. Ermənistan XİN bununla bağlı rəsmi açıqlama yayıb. Bildirilir ki, Ayvazyanın səfəri çərçivəsində “Qarabağın rəhbərliyi” ilə görüş keçiriləcək. Qeyd edək ki, 3 yanvarda Nikol Paşinyanın […]

Yeni mədəniyyət naziri kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsinə təyin edilib. Anar Kərimov 1977-ci ildə Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq […]

İrəvanda aksiya-Qarabağda ölən əsgərlərin yaxınları Paşinyanla görüş istəyir

Bu saatlarda İrəvanda, Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir. Qarabağ döyüşlərində itkin düşən əsgərlərin yaxınları Nikol Paşinyandan övladlarını tələb edirlər. Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. İtkin düşənlərdən birinin babası hökumətdən nəvəsi barədə açıqlama tələb edib. “Mənim nəvəm Stepan 14 oktyabrda yaralanıb, 15 oktyabrda onu hospitala çatdırıblar. O və qardaşı ölənlərin siyahısındadır. Ancaq onun […]

Assanj, Menninq və Snouden Nobel mükafatına namizəd göstərildi

Nobel Sülh Mükafatı laureatı Meyrid Korriqan Culian Assanjı, Çelsi Menninq və Eduard Snoudeni bu mükafata namizəd göstərib. Azvision.az xəbər verir ki, bununla bağlı o, Nobel Komitəsinə məktub ünvanlayıb. Korriqan qeyd edib ki, bu şəxsləri bir araya gətirməyinin səbəbləri sadədir: “Onlar ayrılıqda hakimiyyətlərin qanunsuz hərəkətlərini ifşa edən saysız cəsarət nümunələri göstərdilər Və birlikdə öz fədakarlıqları ilə […]

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Zəlzələlərin tədqiqatı bürosundan Musavat.com-a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 08:12-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,4, dərinliyi isə 62 km olub.

Andrey Şevçenko “Çelsi”nin baş məşqçisi ola bilər

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko İngiltərənin “Çelsi” klubuna rəhbərlik edə bilər. “Report” “Le10sport” nəşrinə istinadən xəbər verir ki, bu variant hazırkı baş məşqçi Frenk Lempardın istefaya göndəriləcəyi təqdirdə mümkün sayılır. Qeyd edək ki, Andrey Şevçenko futbolçu olduğu vaxt – 2006 – 2008-ci illərdə “Çelsi”nin formasını geyinib. “Zadəganlar” Lempardın rəhbərliyi ilə son 6 matçda […]

Sərnişindaşımada qiymət artımı ilə bağlı müraciət etməmişik – BNA

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bunu Trend-ə açıqlamasında agentliyin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: “Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda […]

Azərbaycanda daha bir həkim koronavirusdan öldü – FOTO

Gəncədə koronavirusa yoluxan həkim vəfat edib. Bu barədə məlumat sosal şəbəkədə paylaşılıb. Belə ki, həkim Xatirə Əliyeva koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olub. Bir müddət əvvəl özü də COVID-19 infeksiyasına yoluxan Xatirə Əliyeva həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.  

Erməni tərəfinin itkiləri ilə bağlı son rəqəmlər açıqlanıb

Qarabağda 44 günlük müharibə başlayandan bugünədək məhkəmə tibbi ekspertizası xidməti 3360 hərbçinin cəsədləri və ya qalıqları üzərində məhkəmə tibbi müayinələrini həyata keçirib. Qazet.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə naziri Arsen Torosyan verib. – Advertisement – Bildirilib ki, Qarabağ müharibəsi zamanı erməni tərəfinin itkilərinin son sayı hələ məlum deyil, indiyə qədər təxminən 2000 ad dərc […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031