Almaniya erməni siyasətçinin qaçqın statusunu ləğv etdi

2015-ci ildən Almaniyada qaçqın statusu ilə yaşayan erməni siyasətçi Kevork Almassiyan vətəndaşı olduğu Suriyaya deportasiya ediləcək. “Report”un Avropa bürosunun Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) əldə etdiyi məlumatda deyilir ki, erməni siyasətçinin ölkəni könüllü olaraq tərk etməsi üçün bir ay vaxt verilib. Buna səbəb isə, onun Suriyadakı Bəşər Əsəd rejimini müdafiə etməsi, […]

İndoneziyada “Boeing” qəzası qurbanlarının meyitləri aşkarlandı FOTO

İndoneziya xilasediciləri qəzaya uğramış “Boeing 737-524”-də həlak olmuş insanların meyitlərinin qalıqlarını aşkar ediblər. “Report” “Detik” portalına istinadən xəbər verir ki, bu barədə paytaxtın hüquq-mühafizə orqanları idarəsinin nümayəndəsi Umar Şahab bildirib. “Təxmin edilir ki, meyitlərin qalıqları sahilə çatdırılıb və artıq meyitxanaya göndərilib. Orada onların DNT analizləri aparılacaq və nəticələr daha əvvəl qohumlardan götürülmüş analizlərlə tutuşdurulacaq”, – […]

Azərbaycan-Pakistan əlaqələri: Siyasi müstəvidə əladır, bəs iqtisadi sahə?

“Azərbaycan Pakistanla ticarəti inkişaf etdirməkdə maraqlıdır”. “Azərbaycanın səfiri Əli Əlizadə ölkəsinin Pakistanla ikitərəfli ticarəti daha da inkişaf etdirmək istədiyini söyləyib. Səfir hər iki ölkənin ticarət və iqtisadi əməkdaşlıq əlaqələrində bir çox sahələrdə genişlənmə imkanlarının böyük olduğunu bildirib”. Musavat.com xəbər verir ki, bu cümlələr Pakistanın “thenews.com.pk” saytında yer alıb. Sayt yazır: İslamabad Ticarət və Sənaye Palatasında (ICCI) […]

Gürcüstanda daha 1 143 nəfər koronavirusa yoluxub, 23 pasiyent ölüb

Gürcüstanda son sutkada koronavirusa 1 143 yeni yoluxma faktı qeydə alınıb, 617 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə vəfat edib. Report un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 239 229 nəfər yoluxub. Onların 225 335-i sağalıb, 2 773-ü isə dünyasını dəyişib. Karantin […]

“Qarabağda qələbə iki ölkənin xeyrinə oldu” – Türkiyənin Energetika və təbii sərvətlər naziri

“Azərbaycanın Qarabağı Ermənistanın işğalından azad etməsi Türkiyə xalqına təsvir oluna bilməyən bir sevinc bəxş etdi. “Bir millət, iki dövlət” deyimi var, bunu hər sahədə nümayiş etdirdik. Bunu son hadisələrdə də təsdiqlədik”. Report Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib. “Ticarətin inkişafı üçün mühüm imkanlar əldə edəcəyik. […]

Bərdəni vuran “Smerç” “Bayraktar” zərbəsindən sonra – VİDEO

Vətən müharibəmizin gedişi zamanı Bərdəni vuran “Smerç”in məhv olunmuş qalıqlarını görüntüləri yayılıb. mətbuat.az sosial şəbəkələrdə paylaşılan həmin videonu təqdim edir: Qeyd edək ki, Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edildikdən sonra oktyabrın 29-u saat 15.18 radələrində dəqiq atəşlə məhv edilmişdi. Xatırladaq […]

Qaradağda ağır qəza – “Ford” maşınların üzərinə aşdı

Bakı-Qazax yolunda zəncirvari qəza baş verib. BAKU.WS-in “qaynar xətt”inə verilən məlumata görə, hadisə Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı yük maşını idarəetməni itirərək yoldan çıxıb və yolun kənarında dayanan 2 minik maşınına çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil. Zəncirvari qəzanın baş verməsinə səbəb yolun hərəkət hissəsinin buz bağlamasıdır.  

Pakistanda elektrik enerjisi təchizatı bərpa edilib

Pakistan ərazisinin böyük hissəsində yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı bərpa edilib. APA-nın xəbərinə görə, bu barədə “Pakistan” radiosu məlumat yayıb. Pakistan Milli Enerji Şirkətində elektrik enerjisi təchizatında yaranmış problemin araşdırılması üçün komitə yaradılıb. *** Dünən axşamdan Pakistanın bütün ərazisində yaşayış məntəqələri enerji şəbəkəsindəki problem səbəbindən elektrik enerjisindən məhrum olub. APA-nın xəbərinə görə, bu barədə […]

Mirşahin Şurnuxa getdi, erməni ailəsi ilə danışdı – Video

Şurnux kəndində 1988-ci ildə 100 ev, 800-ə yaxın əhali olub. Musavat.com xəbər verir ki, kənddə ən yaxın zamanlarda 1988-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb. Həmin ilin noyabrın sonlarında Gorus rayon partiya hökumət rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən Şurnux kəndinin camaatı zorla deportasiya olunaraq Azərbaycana qovulub. Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını çıxarda […]

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və referendum başlayıb

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum bu gün yerli vaxtla saat 08:00-da başlayıb. Trend-in məlumatına görə, bütün ölkə üzrə 2474 seçki məntəqəsi açılıb. Məlumata əsasən, 3 milyon 563 min 574 seçici Qırğızıstanda keçirilən prezident seçkiləri və referendumda səs verə biləcək. Qırğızıstan Respublikasının idarəetmə formasının seçilməsi ilə bağlı referenduma aşağıdakı məsələ təqdim […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031