Prezidentin köməkçisindən Azərbaycanın aldığı vaksinlərlə bağlı açıqlama

“Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək”. Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. “Biz 2 milyon insan üçün 4 milyon vaksin almışıq. Vaksin bir insana iki dozada vurulacaq. Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni […]

Məşhur fotoqraf II Qarabağ müharibəsi zamanı Fransa mediasının nümayiş etdirdiyi qərəzlilikdən danışıb VİDEO

Məşhur fotoqraf Reza Deqati Fransanın TV5MONDE televiziya kanalının qonağı olub. O, verilişdə Şuşa şəhərinin tarixindən danışıb, onun əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Musavat.com-un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Reza Deqati vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa məşhur bəstəkarlar, musiqiçilər, şairlər, yazıçılar yetişdirib. Veriliş zamanı Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən […]

İran ABŞ-la gərginliyin artması fonunda ballistik raket təlimləri keçirir

İran hərbi qüvvələri ölkənin nüvə proqramı ilə bağlı gərginliyin artması və ABŞ-ın Tehrana qarşı təzyiq kampaniyası fonunda ballistik raketlərin iştirakı ilə hərbi təlimlər keçirib. İran dövlət televiziyası yanvarın 15-də İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) təlimlər çərçivəsində ölkənin mərkəzindəki səhralıqda süni düşmən bazalarına qarşı bir neçə yerüstü ballistik raket atdığını bildirib. Təlimdə Zülfüqar və Dezful ballistik […]

Sərt karantin rejimi yumşaldılır, SMS icazə ləğv olunur, ticarət obyektləri…

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. NK-dan Musavat.com-a daxil olan məlumatda qeyd olunur ki, dünyada, ö cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına […]

Azərbaycanda koronavirusa yoluxanların təxmini sayı açıqlanıb

“Nə qədər insan test vermədən və ya testi neqativ çıxan koronaviruslu şəxslər olub. Bu rəqəm təxminən 1 milyona çata bilər. Ölkədə hələ də 7-8 milyon insan xəstəliyə yoluxmayıb. Bunların içərisində də risk qrupuna aid olanlar mütləq vaksinasiya olunmalıdır”. Musavat.com xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri […]

Şahmar Mövsümov: “Hamımız peyvəndləməyə cəlb olunacağıq”

“Biz mərhələli açılmamalara gedəcəyik. Biz Azərbaycanda effektiv vaksinasiya prosesinə başlayacağıq”. Musavat.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib. “Ümid edirəm ki, hamımız bu prosesə öz töhfəmizi verəcəyik. Hamımız peyvəndləməyə cəlb olunacağıq. Ümid edirəm ki, son cəbhədə […]

Bakı sakini yaşadığı evin yaxınlığında bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib. 7-ci Əhmədli küçəsində 1973-cü il təvəllüdlü Həbibov Adil Səlim oğlu yaşadığı evin yaxınlığında tanışı ilə əlbəyaxa dava zamanı döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.

Operativ Qərargahdan məktəblərlə bağlı açıqlama

“Məktəblərin açılması ilə bağlı növbəti həftədə Təhsil Nazirliyi tərəfindən brifinq keçirilcək”. Musavat.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu sahədə də müəyyən açılmalara gediləcək: “Onlar barədə məlumatlar veriləcək”.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031