İsmayıllı Rayon İcra Hakimiyyətinin sektor müdiri işdən çıxıb

İsmayıllı Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Azər Bədəlov işdən çıxıb. “Report”un əldə etdiyi məlumata görə, o, yanvarın 11-də öz ərizəsi ilə vəzifəsindən azad edilib. Hələlik həmin vəzifəyə təyinat yoxdur.

Ötən il 3106 əkiz, 117 üçəm doğulub

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

Premyer Liqamızda qış fasiləsi başa çatır

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq. Qol.az xəbər verir ki, mövsümün ikinci hissəsinə 14-cü turun oyunları ilə start veriləcək. İlk matç günündə üç qarşılaşma keçiriləcək. Lider “Neftçi” “Səbail”in qonağı olacaq. “Zirə” isə evdə “Qəbələ” ilə üz-üzə gələcək. Günün son oyununda “Qarabağ” səfərdə “Sabah”la qarşılaşacaq. Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – […]

Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırılıb

Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının yol kənarlarında satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib. Xidmətin rəsmisi Bəhruz Məhəmmədov “Report”a bildirib ki, Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində və Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində ovlanmış çöl quşlarının satılması faktları […]

Ömrü uzadan meyvə şirəsi

Tədqiqat nəticəsində elm adamları insan ömrünü uzadan meyvə şirəsini müəyyən ediblər. Bu barədə “Report” “Express” nəşrinə istinadən xəbər verir. Araşdırmalara görə, nar şirəsi nəinki ömrü uzadır, eyni zamanda xərçəngin yaranma riskini də azalda bilər. Beləliklə, mütəxəssislər tərəfindən meyvə milçəkləri üzərində aparılan təcrübə nəticəsində məlum olub ki, nar şirəsi erkək milçəyin ömrünü 18 faiz, dişi milçəyin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031