Erməni zabitlərin tamah saldığı Şelli kəndi – Nar bağları, istixanalar, əkin sahələri (VİDEOREPORTAJ)

“Yeni Müsavat”ın reportyor qrupu olaraq Ağdama növbəti səfərimiz zamanı Şelli kəndinə də yollandıq. Şelliyə getməmişdən əvvəl kəndin məşhur nar bağları haqda çox eşitmişdik. Şelliyə çatana qədər yolboyu gözümüzün qarşısında xarabalığa çevrilmiş kənd canlanır. Düşünürük ki, ermənilər bu kəndi də viran qoyub. Evləri dağıdıb, ağacları məhv edib, daş üstündə daş qoymayıb. Amma düşündüklərimizin tam əksi bir […]

Pandemiya təmizkarlığı faydalı mikroblara mənfi təsir edə bilər

ABŞ-ın Pensilvaniya Universiteti nəzdindəki Perelman Tibb Məktəbinin dermatologiya üzrə dosenti Jül Lipof pandemiya dövründə güclənən şəxsi gigyena tədbirlərinin bədənimizdəki faydalı mikroblara mənfi təsir edəcəyindən, orqanizmlə bakteriyalar arasındakı təbii tarazlığı poza biləcəyindən narahatlığını ifadə edib. Novator.az saytı onun “The Philadelphia İnquirer” qəzetində dərc etdirdiyi məqaləni ingiliscədən çevirərək təqdim edir. Təmizkarlıq imandan gəlir, deyiblər. Təmizkarlığın həm də […]

İbrahimoviç “Atalanta”nın hücumçusu ilə münaqişəyə girib

Futbol üzrə İtaliya A Seriyasının XIX turunda “Milan”ın “Atalanta”ya 0:3 hesabı ilə uduzduğu ev oyunundan sonra insident baş verib. “Report”un məlumatına görə, meydan sahiblərinin hücumçusu Zlatan İbrahimoviç qonaq komandanın forvardı Duvan Sapata ilə münaqişəyə girib. 40 yaşlı İbrahimoviç özündən 10 yaş kiçik olan Sapataya “Karyerandakı oyun sayından çox qol vurmuşam” deyib. Kolumbiyalı hücumçu bu sözləri […]

Stalinin həkimlərə inamını puç edən Boqomolets – sovet lideri 150 il yaşamaq arzusundaymış

İosif Stalinin həkimlərə qarşı münasibəti haqqında çox yazılıb. Ayrı-ayrı mənbələrdə sovet liderinin tibb işçilərinə çox da inanmadığı xüsusilə vurğulanıb. Elə bu münasibətin, bu inamsızlığın nəticəsində də 1948-ci ildə Stalinin göstərişi ilə “Həkimlərin işi” adı ilə tarixə düşən istintaq başlanıb. Hətta Stalin az-şox inandığı şəxsi həkimi Vladimir Vinoqradovu da həbs etdirib. Amma bu sərt münasibətin fonunda […]

Sınan pəncərəyə görə 6 il həbs – Gənc riyaziyyatçının işi

Almaniyanın “Frankfurter Rundschau” qəzeti Rusiya Federasiyasının vətəndaşı, milliyyətcə tatar olan gənc riyaziyyatçı Azat Fənis oğlu Miftaxovun həbsi ilə bağlı yazı dərc edib. Novator.az-ın məlumatına görə, “Azat Miftaxov: sınan pəncərəyə görə 6 il həbs” başlıqlı yazıda qeyd olunur ki, Rusiya ədliyyəsi 27 yaşlı riyaziyyatçını uydurma ittihamla həbsə atıb. Bildirilir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı […]

“Keşlə”də gözlənilməz istefa – Yunis Hüseynov getdi

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov istefa verib. Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, Y. Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Keçirilən görüşdən sonra Yunis Hüseynovun istefası qəbul olunub. 55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb. Klub rəhbərliyi […]

Kapitoliyə hücum iştirakçılarından biri senatoru öldürməyə dair çağırışda ittiham olunur

ABŞ-ın sabiq prezidenti Donald Trampın tərəfdarlarının paytaxtdakı Kapitoli binasına etdiyi hücumun iştirakçısı, eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü öldürməyə dair çağırış edən Texas ştatının sakini saxlanılıb. APA xəbər verir ki, bu barədə “Ap News” məlumat yayıb. Məlumata görə görə, Dallas şəhər sakini Qarrett Miller digər nümayişçilərlə birlikdə Kapitoliyə girib. Bundan başqa, o, “Twitter” səhifəsində […]

Mövlud Çavuşoğlu:”Gəmi Qabonda limana çatandan sonra Fərman İsmayılovun nəşinin Azərbaycana göndərilməsi üçün addımlar atılacaq”

Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmi hazırda Qabon sahillərindədir. APA-nın məlumatına görə, bunu Türkiyənin NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Türkiyə xarici işlər naziri deyib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var: “Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar […]

Novruz çərşənbələrinin vaxtı məlum oldu

Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub. Bu ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək. Fevralın 23-də ilk – Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i […]

Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Gecələr tez-tez oyanmaq qalxanabənzər vəzin, tənəffüs yolları və ürək-damar sistemi daxil olmaqla bir sıra orqanların işindəki problemlərlə əlaqələndirilə bilər. “Report”un məlumatına görə, bunu somnoloq Yelena Tsareva “news.ru”ya açıqlamasında deyib. Onun sözlərinə görə, yuxu problemləri həmçinin narahatlıq, depressiya, hətta yuxu apnesinin (yuxu zamanı tənəffüsün orta hesabla 20-30 saniyə dayanması – Red) olmasının göstəricisi ola bilər. “Bir […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031