Maduro: “Ölkənin şərqində qaz kəmərinə terror hücumu edilib”

Venesuela prezidenti Nikolas Maduro “Petroleos de Venezuela” dövlət neft şirkətinin (PDVSA) qaz-boru kəmərinə edilmiş və ölkənin şərqindəki Ansoateqi ştatında böyük yanğına səbəb olan terror hücumunu pisləyib. APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə başçısı bu barədə öz çıxışında deyib. Maduronun çıxışı özünün “YouTube” kanalında da canlı olaraq yayımlanıb. “Bu gün biz şərqdəki qaz-boru kəmərində […]

Şamaxının Quşçu kəndi ərazisində vulkan püskürüb, 3 evin divarında çatlar əmələ gəlib

Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürüb. APA-nın yerli bürosunun xəbərinə görə vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib. Sonra 15 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 2 hektar ərazidə torpağın üz səthinə yayılıb. Təxminən 60-70 metr hündürlüyə qalxan palçıq vulkanı qaz uğultusu səsi ilə müşaiyyət olunub. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu […]

Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur

Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. DGK Akademiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Musavat.com-a bildirilib ki, Akademiyanın yaradılmasında əsas məqsəd gömrük orqanlarında xidmət etmək […]

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Məlumata görə, yeraltı təkanlar Qars əyalətinin Sarıqamış rayonunda qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Qəndilli Rəsədxanası isə zəlzələnin 3,6 bal gücündə baş verdiyini bildirib. Dağıntı və ya tələfat qeydə alınmayıb.

Dastin Porye Konor Makqreqoru nokauta saldı

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüş başa çatıb. “Report” xəbər verir ki, Əbu-Dabidə keçirilən döyüşdə Dastin Porye qələbə qazanıb. Döyüş ikinci raundda texniki nokautla qurtarıb. Bu, Makqreqorla Porenin ikinci qarşılaşmasıdır. Onlar altı il əvvəl də döyüşüblər, həmin vaxt irlandiyalı qələbə qazanıb. Makqreqor UFC-də 22 dəfə […]

Qənirə Paşayeva Milli Qəhrəman Samir Xasıyevin anası ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva komitədə Milli Qəhrəman Samir Xasıyevin (Silahlı Qüvvələrin leytenantı; 1973-1995) anası Gözəl xanım Xasıyeva ilə  görüşüb. Musavat.com xəbər verir ki, “Samir Xasıyevin, bütün Milli Qəhrəmanlarımızın, Vətən, dövlət uğrunda şəhid olan qardaşlarımızın ruhu şaddır” deyərək, Qəhrəman anasını tarixi zəfər münasibəti ilə təbrik edib. Komitə sədri Milli Qəhrəman haqqında vaxtı ilə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031