İran XİN başçısı: “Sülh sayəsində region olaraq iqtisadi inkişafa doğru irəliləyə bilərik”

“Rusiya tərəfindən atəşkəsin tam təmin olunmasına töhfə verən səyləri nəzərə alaraq, Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Həmçinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada baş tutan, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasından bəhs olunan görüşdə əldə olunan razılaşmalardan danışdıq”. “Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri […]

Azərbaycanda borclu qaz abunəçilərinə SMS gələcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib. Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə “maavi yanacaq” verilişi avtomatik dayandırılacaq. “Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 ay […]

“YAŞAT”: Bu günədək 1624 şəxs öhdəliyə götürülüb FOTO

“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir. Bu barədə Musavat.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Fond tərəfindən bu günədək 1624 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Fond tərəfindən indiyədək 2725 şəhid ailəsi ziyarət olunub, 149 yaralının müraciəti […]

Moskvada icazəsiz aksiyalara görə 30 nəfər barəsində həbs qərarı verilib

Moskva məhkəmələri yanvarın 23-də təşkil olunmuş icazəsiz aksiyada iştirak etdiklərinə görə inzibati həbslərə dair 30 qərar və 64 nəfər barəsində cərimə qərarı çıxarıb. APA xəbər verir ki, bu barədə TASS-a Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən bildirilib. “Moskva məhkəmələri 23 yanvar tarixində paytaxtın mərkəzində keçirilən kütləvi aksiya zamanı inzibati xəta törətmiş vətəndaşlara inzibati həbslərin təyin edilməsi […]

“Rəmişə heç kim maddi yardım etmir” – Elgiz Xalq artistindən danışdı

Aparıcı Elgiz Əkbər Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətindən danışıb. Musavat.com-un məlumatına görə, Elgiz bildirib ki, Rəmişin xanımı Gülü maddi sıxıntı yaşayır: “Yazıblar ki, kimsə Rəmişə sahib çıxıb, imkanlı adamlar kömək edir. Vəzifəli şəxsin qohumu gəlib müəyyən köməklik edib. Amma bütün müalicəsini boynuna götürməyib. Gülü xanım deyir ki, vəziyyət pisdir, çatdırmıram. İynələr alınmalıdır. Ətrafda xəbər […]

Prezident Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi ilə bağlı tapşırıq verdi

“Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanmışdır, Füzuli Hava Limanının inşası başlamışdır. Qeyd etdiyim kimi, Kəlbəcər, yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanı inşa ediləcək. Biz Füzuli-Şuşa avtomobil yolunun inşasına start vermişik. Bununla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir”. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın […]

Dövlət başçısı: “Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”

“Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir”. Muavat.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Prezidenti bildirib ki, eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft […]

Qarabağa səfər edən vəzifəli ermənilər niyə cəzalandırılmır? – Pənah Hüseyn “Canlı”da

Qarabağlı günlərimizin üstünə gün alırıq! İndi zaman da, Azərbaycan da Qarabağ üçün səfərbər olub!  Amma post müharibə dönəmində həllini gözləyən problemlər və cavabını gözləyən suallar var. Gürcü eksperti sensasion iddiaa ilə çıxış edib və deyib ki, Qarabağdakı sülhməramlıların tərkibi əslində müharibə dövründə ermənilər tərəfdə döyüşmüş muzdlulardır. Söhbət məlum və məşhur “Vaqner”çilərdən gedir. Bu, doğru ola […]

BMT-nin eksperti: “Ermənistandakı AES-in təmiri 3 il gecikib”

Ermənistandakı Atom Elektrik Stansiyasının təmiri ən azı 2-3 il gecikib. “Report” xəbər verir ki, bunu BMT-nin energetika məsələləri üzrə eksperti Ara Mərcanyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Ermənistanın enerji ehtiyacının 30 %-i atom stansiyasının payına düşür: “Ötən onilliklər ərzində iri su elektrik stansiyası tikməməklə böyük səhvə yol veriblər. Məhz atom və hidroenergetika Ermənistanın energetika təhlükəsizliyini təmin edə […]

“Putin iqtidarda olduğu müddətdə Navalnı uğur əldə edə bilməyəcək” – partiya sədri

Rusiyada müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq başlanan aksiyalar qısa müddətdə bütün ölkəni bürüdü. Siyasi analitiklər hesab edir ki, baş verən hadisələrin ölkənin ucqarlarına yayılması aksiyaların təkcə Navalnının həbsi ilə bağlı olmadığını söyləməyə əsas verir. Rus xalqını hərəkətə gətirən başqa nüanslar da var. Rusiyada baş verən etiraz aksiyaları Aleksey Navalnın həbsinə qarşı yönəlsə də, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031