Qarabağda şovinist ermənilərin yeni təxribat cəhdləri – məhv edək, yoxsa…

Ermənistandan Xankəndi şəhərinə növbəti emissarlar gəldi, qanunsuz səfərdə qanunsuz məskunlaşdırma məsələləri müzakirə olunub; Araik Arutyunyan Ağdərədə olduqdan sonra İrəvana yollandı; “Kim təminat verə bilər ki, bu radikal, irqçi qruplar Qarabağın işğaldan azad olunmamış hissəsində təxribatlar planlaşdırmır?” Qarabağdakı ermənilər açıqlayıblar ki, ötən ilin 13 noyabrından bu günədək döyüş meydanından 1283 meyit tapıblar, ancaq axtarışlar davam etdirilir. […]

Geniş diapazonlu həkim

“Yer insanı bəzəmir, insan yeri bəzəyir” (latın məsəli) Dünən hüquq-mühafizə orqanları Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovu cürbəcür korrupsiya cinayətlərində suçlayaraq həbs elədiklərini açıqlamışdılar. Onun şəkli də verilmişdi, fotoda Cəlil müəllimin yaxasında hansısa medal görünürdü. Bu mənim diqqətimi cəlb elədi, hörmətli Cəlil müəllimin həyat və yaradıcılığı ilə geniş, necə deyərlər, yaxından tanış olmaq […]

Ermənistan əsirlərə işgəncə verib – ombudsman beynəlxalq aləmi oyada biləcəmi…

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əsir və girovlarımıza işgəncə verilməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlara hesabat ünvanlayıb. Hesabat 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş hərbi qulluqçular, həmçinin 2014-cü ildən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftar barədə hazırlanıb. Ombudsman Aparatından “Yeni Müsavat”a verilən məlumata görə, Ermənistan və […]

Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir. Bu barədə “Report”un sorğusuna cavab olaraq FHN-dən bildirilib. Bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır. […]

“Türk hərbçiləri Qarabağa bəlli plan üzrə yerləşəcək və…” – ekspertdən açıqlama

Emin Həsənli: “Kiçik bir qisim insanlar var ki, qrup mənafeyindən çıxış edirlər və əsası olmayan hay-küyçülüklə məşğuldurlar” Qarabağda Türkiyə və Rusiya hərbçilərindən ibarət Monitorinq Mərkəzinin dəqiq nə zaman fəaliyyətə başlayacağı haqda hələ rəsmi məlumat verilmir. İki həftə öncə məsələ ilə bağlı həm Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Ərdoğanla Rusiya […]

“Qədimlik” mifinin və böyük yalanın əsiri olan xalq

Ermənistanda postkapitulyasiya isteriyasının sönməsinə hələ var; alman ekspert: “Sülh üçün ən böyük təhlükə ermənilərin onlardan qələbələr tələb edən diaspordan asılı olmasıdır…” 44 günlük müharibədə haqq elədiyi kapitulyasiyaya tuş gələn Ermənistanda hələ də qeyri-müəyyənlik hökm sürür. İlk baxışda qınına çəkilən məğlub xalq sərt reallıqla tam barışmış kimi də görünmür. Belə olsaydı, ölkədə qonşu Azərbaycan və Türkiyə […]

AIBA Dünya Kubokunu təxirə saldı

Boks üzrə komandalararası Dünya Kuboku 2022-ci ilə təxirə salınıb. “Report”un Beynəlxalq Boks Assosiasiyasının (AIBA) rəsmi saytına istinadən məlumatına görə, səbəb koronavirus pandemiyasıdır. Əvvəlcədən yarışın 2020-ci ilin oktyabrında Rusiyada keçirilməsi nəzərdə tutulmuşdu.

“Real Madrid”in müdafiəçisi koronavirusa yoluxub

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Xose İqnasio Naçoda yeni növ koronavirus infeksiyası aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. İspaniyalı futbolçunun karantinə alındığı bildirilib. O, I tip şəkərli diabetdən əziyyət çəkir. Qeyd edək ki, “Real Madrid”in baş məşqçisi Zinəddin Zidan da koronavirus infeksiyasına yoluxub.

Şagirdlərin biliklərinin ilk onlayn qiymətləndirilməsi keçirilir – valideynlər narazıdır

Bir neçə gündür ki, məktəblilərin biliklərinin onlayn qaydada qiymətləndirilməsinə başlanılıb. Valideynlər və şagirdlərin həyəcanla qarşıladığı bu imtahanlar bəzi narazılıqlara səbəb olub. Bizimlə söhbətdə oğlu 4-cü sinifdə oxuyan Aləm Nəbiyeva bildirib ki, imtahan zamanı bəzi çətiliklərlə üzləşiblər: “Bu gün uşaq sualları yazanda internet neçə dəfə çıxdı, müəllimənin dediklərini düzə-əməlli başa düşmədik. Heç bilmədim uşaq nə yazdı […]

Baydenin Ağ Evdə ilk həftəsi: sərt qərarlar, yeni ssenari…

ABŞ-ın yeni prezidenti terrorizmə qarşı mübarizə barədə üç orqanı təlimatlandırıb, ölkəyə gəliş şərtini ağırlaşdırıb; ekspertlərin fikrincə, Vaşqinton Bakı ilə münasibətdə əvvəlki olmayacaq… Ağ Evin yeni sahibi Cozef Bayden artıq prezidentlik işinə başlayıb. “Yeni Müsavat”ın xəbərinə görə, Kapitolidəki hadisələrdən sonra ABŞ prezidenti daxili terror səviyyəsinin qiymətləndirilməsi ilə bağlı administrasiyasına təlimat verib. Qiymətləndirilmə Milli Kəşfiyyat Direktorluğu, FTX […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031