AŞPA-nın qış sessiyası başa çatıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qitədə etnik profilləşdirmə ilə bağlı qətnamə qəbul edilib. “Report”un Fransa bürosu xəbər verir ki, “Avropada etnik profilləşmə: çox narahetedici bir məsələ” adlanan sənəddə üzv ölkələr etnik ayrı-seçkilik hallarının aradan qaldırılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər görməyə çağırılıb. Bildirilib ki, son vaxtlar Avropada pandemiya ilə bağlı asayiş keşikçiləri […]

İsveçrə turistlər üçün karantin və PZR qaydalarını dəyişdirir

İsveçrə öz sakinləri və beynəlxalq səyahətçilər üçün karantin və PZR testləri qaydalarını dəyişdirir, indi Konfederasiyaya gələnlər COVID-19 testinin mənfi nəticələndiyini göstərən sənədi təqdim etməlidir. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının hökumət saytında yerləşdirilən bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, yanvarın 28-dən etibarən epidemioloji təhlükə yaradan regionlardan gələn bütün turistlər […]

Bakıda daha bir erməni terrorçu barədə cinayət işi başlanılıb

Qanunsuz silahlı birləşmə tərkibində Azərbaycan ərazisində terror əməlləri törətməkdə təqsirləndirilən erməni əsilli Xosrovyan Alyoşa Aramaisoviç barəsində Azərbaycanda cinayət işi başlanılıb. “Report”un xəbərinə görə, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib. Təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. A.Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun […]

Ukrayna erməni rejissoruna qadağa qoydu

Ukrayna Rusiyanın tanınmış teleaparıcısı Tiqran Kosayanın ölkəyə gəlişini yasaqlayıb. Musavat.com xarici agentliklərə xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko “tvitter”də məlumat yayıb. Məlum olub ki, Tiqran Kosayan, onun arvadı, Rusiyanın qara təbliğat maşınlarından “Russia Today” kanalın baş redaktoru Marqarita Simonyan və jurnalist Roman Babayan Ukraynanın işğal olunmuş Donetsk şəhərində […]

Rusiyada ötən gün 575 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 19 138 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 793 810 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 575 nəfər artaraq 71 651-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 229 258 nəfər sağalıb.

Həftəsonları kafe-restoranlar və ictimai nəqliyyat işləyəcək? – AÇIQLAMA

“Fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək”. Bunu “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı əlavə məlumat veriləcək: “Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları işləyəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və […]

“Araşdırılmalıdır ki, onların övladları müharibəyə niyə aparılmadı” – bir debatın əks-sədası

Müsavat TV-nin bugünlərdə baş tutan “Canlı debat” verilişində VİP sədri Əli Əliyevlə YAP-çı deputat Elman Nəsirov arasında maraqlı polemika yaşandı. Debatın bir hissəsində hakim partiyanın deputatı Ə.Əliyevdən soruşur ki, hər dəfə məmurları “övladları Qarabağ müharibəsində iştirak etmədi” deyə ittiham edir. Ardınca partiya sədrinə sual ünvanlayır ki, sizin övladlarınızdan müharibədə iştirak edən varmı? Debatda məlum olur […]

Qulu Məhərrəmlidən sərt bəyanat: “Cinayət hesab edirəm”

Ustad televiziyaçı, professor Qulu Məhərrəmli sosial mediada həyacanlı statusla çıxış edib. Musavat.com ictimai əhəmiyyətini nəzərə alaraq, həmin statusu təqdim edir: “AMEA-nın Dilçilik institutundakı “Qaynar xətt”in fəaliyyəti dayandırılıb, sistem ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib. Xatırladım ki, bu xətt Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) […]

Qənirə Paşayeva şəhid mədəniyyət işçisinin ailəsi ilə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı olmuş Əliağa Məmmədovun atası Eldəniz Məmmədovla Mədəniyyət Komitəsində görüşüb, şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb: “Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki […]

Sabiq nazir PA-da mühüm sahəyə rəhbərlik edəcək

Qəzetlər, saraylar, iqamətgahlar, çoxsaylı istirahət mərkəzləri Ramin Quluzadənin müdiri olduğu idarəyə tabedir Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib. Nazirin müdir vəzifəsinə təyinatından sonra Prezidentin İşlər İdarəsinin əsas işi, funksiyasının nədən ibarət olması kimi suallar yaranıb. Öncə qeyd edək […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031