“Aİ ilə Rusiya arasında fikir ayrılıqları var” – Cozef Borell

Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında hələ də bir sıra mövzularda fikir ayrılıqları qalır, ancaq əməkdaşlıq üçün fürsətlər axtarmaq lazımdır. Azvision.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borell Rusiyanınn xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, tərəflərin əməkdaşlıq edə biləcəyi və çalışmalı […]

NK: Vətəndaşlara ayrıca məhsul növü kimi təqdim edildikdə polietilen torbalara tələbatın 50-60% azalacağı gözlənilir

Nazirlər Kabineti ticarət və ictimai iaşə müəssisələrində polietilen torbaların vətəndaşlara ayrıca məhsul növü kimi təqdim edilməsi barədə qərarına izah verib. Nazirlər Kabinetindən verilən məlumata görə, izahda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın strateji məqsədinə uyğun olaraq […]

İranda bir gündə 80 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 80 nəfər koronavirusdan (COVID-19) ölüb. Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 336 nəfərə yüksəlib. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 061 nəfər koronavirisa yoluxub. Beləliklə […]

Ticarət və ictimai iaşə müəssisələrində polietilen torbalar vətəndaşlara satılacaq

Ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Musavat.com-un məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və […]

“Tesla” Çində 36 mindən çox avtomobili geri çağırdı

ABŞ-ın “Tesla” elektrik avtomobil şirkəti Çində 36 mindən çox avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar mərkəzi monitorda, qızdırıcı qurğuda qeydə alınan mümkün qüsurlarla əlaqədar verilib. Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Model S” və 2016-2018-ci illərin “Model X” modellərinə şamil olunur. Qeyd olunur ki, Çində həmin modellər bu günədək müxtəlif qüsurlarla əlaqədar dörd dəfə […]

“İnanılmaz” ekranlı smartfon yaradılıb

“Xiaomi” şirkətinin təqdim etdiyi yeni konsept smartfonunun ekranı gövdənin qıraqlarını da əhatə edir. “Report” xəbər verir ki, şirkətin rəsmi bloqunda yerləşdirilən məlumata görə dörd tərəfdən 88 dərəcə altında əyilən “şəlalə” displeydə görüntülərin ekrandan kənara su kimi axması təəssüratını yaratmağa imkan verir. Sanki smartfonun çərçivəsi də ekranla örtülüb və onlar bir bütöv təşkil edir. Ekranın hazırlandığı […]

Peyvəndlənin, sizi toya çağıracaqlar – “Nyu-York Tayms”

ABŞ-da bəzi cütluklər toyun daha təhlükəsiz keçməsi üçün qonaqlarından məclisə qədər COVİD-19 peyvəndi vurdurmağı tələb edirlər. “Nyu-York Tayms” qəzetində bununla bağlı “Peyvənd olunduğunuzu sübut etsəniz sizi toya çağıracaqlar” başlıqlı yazı dərc olunub. Müəllifi Daniel Braffdır. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir. Vaşinqtonlu jurnalist Aliza Kriçevski bu ilin sentyabr ayında nikah mərasimi keçirməyi planlaşdırır. Onun […]

Kəmaləddin Heydərov Rusiyaya getdi – FOTO

4 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib. Bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində K.Heydərov Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeniy Ziniçevlə görüşüb. Görüş zamanı iki nazirlik arasında əməkdaşlığın […]

“Türkiyə və Azərbaycanın bir dövlət olmasını qəbul etmirəm” – Deputatdan AÇIQLAMA

YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, sabiq deputat Arif Rəhimzadənin 80 yaşı tamam oldu. Prezident İlham Əliyev yubilyarı doğum günündə – 3 fevralda Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edib. Sabiq deputatla söhbətimizdə əvvəlcə onu yubileyi və təltif olunması ilə bağlı təbrik etdik və suallarımızı ünvanladıq: – Arif […]

Bakı sakini qonşusu tərəfindən bıçaqlanıb

Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. APA xəbər verir ki, hadisə Aşıq Qərib küçəsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Həsənov Həsən Sərxan oğlu qonşusu ilə əlbəyaxa dava zamanı qonşusu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728