Hacıqabulda keçmiş məhkumdan avtomat götürülüb FOTO

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində polis orqanları tərəfindən əməliyyat-axtarış, profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, daxil olan məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində rayon sakini, 25 yaşlı Xəyyam Kazımovdan 1 ədəd “AK-74” markalı avtomat silahı aşkar olunaraq götürülüb. X.Kazımov əvvəllər Cinayət Məcəlləsinin […]

Baş infeksionistdən uşaqlarla bağlı həyacan təbili

“Son vaxtlar koronavirusla (COVID-19) bağlı poliklinikalara müraciət azalıb”. Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, koronavirusla bağlı uşaqlar üçün nəzərdə tutulan planlı peyvəndin vaxtı keçib: “Bu peyvəndlər edilməlidir. Təcrübə göstərir ki, uşaqlar arasında həssaslıq olduğu üçün qızılca, məxmərək və digər xəstəliklər yenidən alovlana bilər. Onlar mütləq […]

Rusiyada üç məktəbli qız eyni vaxtda intihar etmək istəyib

Rusiyada üç məktəbli eyni vaxtda intihara cəhd edib. APA nın Moskva müxbirinin yerli KIV-ə istinadən verdiyi məlumata görə, Rusiya paytaxtında 13 yaşlı üç məktəbli qız özlərinə sui-qəsdə əl atıb. Lakin onların həyatını xilas etmək mümkün olub. Qızlar xəstəxanaya yerləşdirilib. İntihara cəhd hadisəsinin hansı səbəbdən və hansı vəziyyətdə baş verdiyi araşdırılır.

Məktəblər yenə bağlansa… dünya universitetləri içində rəzil yerimiz – Kamran Əsədov canlı yayında

Fevralın 1-dən orta məktəblərdə ibtidai siniflərin ənənəvi təhsilinin bərpa olunmasına, fevralın 15-dən də yuxarı sinif şagirdlərinin dərslərə başlayacağına baxmayaraq, bəzi insanlar martın ilk 10 günündən sonra yenidən onlayn tədrisə qayıdılacağı iddialarını səsləndirməkdədir. Sosial şəbəkələrdə martın 8-dən sonra ölkədə sərt karantinin bərpa ediləcəyi, məktəblərin bağlanacağı haqda proqnozlar yazanlar var. Baxmayaraq ki, buna dair rəsmi açıqlama verilməyib, […]

Kəlbəcərə yol çəkilişi BAŞLANDI

“Göygölün Toğanalı kəndindən başlayaraq, Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun tikintisi üçün ilkin işlərə başlanılıb”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib. A.Nəcəfli qeyd edib ki, Murovdağ silsiləsinə qədər ilk 16 kilometrlik hissədə torpaqlama işləri həyata keçirilib: “Hazırda yolun tikintisi layihələndirmə mərhələsindədir. Yolun 2-3 hərəkət […]

Zakir Həsənov və Hulusi Akar bir yerdə: Türkiyə-Azərbaycan təlimlərini izlədilər FOTO VİDEO

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir. Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimləri […]

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib

İran İslam Respublikasının Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib. Tədbir İran İslam Respublikası Gömrük Administrasiyasının dəvəti əsasında baş tutub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Musavat.com-a Azərbaycan tərəfindən görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev, Beynəlxalq Əməkdaşlıq İdarəsinin […]

Stalinin məşuqəsi ilə görüşü, mühafizəçiyə verilən töhmət- Xatirələrdə yer alan maraqlı faktlar

İosif Stalinin şəxsi həyatı nə qədər məxfi saxlanılıbsa, 30 il ərzində SSRİ-yə rəhbərlik edən sovet liderinin həyat tərzi cəmiyyət üçün bir qədər də maraqlı olub. Yəqin elə bu baxımdan da onun vəfatından sonra silahdaşlarının, mühafizəçilərinin, ətrafında olanların Stalinlə bağlı yazdıqları xatirələr çoxmilyonlu oxucu auditoriyası qazanıb. Sovet lideri haqqında maraqlı açıqlamalar verənlərdən biri də uzun illər […]

Generaldan Ermənistana sərt xəbərdarlıq: “Əsirlərin qaytarılması məsələsində….”

Yaşar Aydəmirov: “Əgər onlar bir hərbçimizi əsir götürməyə cəhd göstərərsə, bizimkilər onları elə ”mələdəcək” ki, indiyə qədər baş verənlər toya getməli olacaq” Azərbaycan və Ermənistan arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov deyib ki, təyyarə ilə bir əsir Ermənistandan Bakıya, beş əsir isə Azərbaycandan İrəvana çatdırılıb. Hələlik İrəvana […]

Azad olunmuş ərazilərdə zərərsizləşdirilən mina və PHS-lərin sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır. Agentlikdən Musavat.com-a verilən məlumata görə, Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728