Ağsunun Bico kəndində camaat etiraza qalxdı, polis müdaxilə etdi- VİDEO

Ağsu rayonunun Bico kənd sakinləri 1000 hektara yaxın örüş sahələrinin, bələdiyyə torpaqlarının qanunsuz zəbt olunmasına, sumax meşəsinin ağır texnikalarla tar-mar edilməsinə etiraz edir. Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, hadisə yerinə Ağsu Rayon Polis şöbəsinin əməkdaşları dəvət olunub, sözügedən ərazilərə baxış keçirilib. Polis müstəntiqi Elnur adlı zabit şikayət edən camaatı izahat vermələri üçün şöbəyə dəvət edib. […]

Çin Honkonqda seçki reformuna başladı: AB və ABŞ qarşı çıxdı

Çin Honkonqun qanunverici sistemində reformlara getmək istədiyini açıqlayıb. Axar.az xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədrinin müavini Van Çen deyib. “Biz seçicilər komissiyasının formalaşdırma nizamını və səlahiyyətlərini gücləndirməyə hazırlaşırıq. Reform antiçin qüvvələrin Honkonqda hakimiyyəti ələ keçirmə risklərin ortadan qaldırılması üçün vacibdir. Honkonqu honkonqluların əsas güc olaraq idarə etməsini təmin etmək lazımdır. […]

Nazirdən sığorta ödənişlərinin təyin olunması ilə bağlı YENİ QƏRAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığorta ödənişinin alınması üçün ərizə forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 6 dekabr tarixli qərarı ləğv edilib.   Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb. Bundan əvvəlki qərarı həmin dövrdə nazir işləyən Səlim Müslümov imzalamışdı. […]

Üç əcnəbi minimal bal topladı, ikisi imtahandan çıxarıldı

Dövlət İmtahan Mərkəzi xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları haqqında yekun məlumat paylaşıb. Azvision.az xəbər verir ki, fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, fevralın 15-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. İmtahanlarda 1 444 namizəd (1244 nəfər doktoranturaya qəbul, […]

Azərbaycanın Vətən Müharibəsi Qazaxstan TV-nin ekranında – VİDEO

Qazaxstan TV Azərbaycanın Vətən müharibəsi haqqında film çəkib. 1news.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Cavanşir Feyziyev paylaşım edib. ”Dağlıq Qarabağ – Yeni anlaşma” adlı filmdə Qarabağın Ermənistan tərəfindən işğalı, 30 il ərzində qaçqın və məcburi köçkünlərin həyatı, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, 27 sentyabr – 10 noyabr Vətən müharibəsi və onun […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031