Vahid Əhmədovun səhhəti pisləşdi – Yenidən Türkiyəyə getdi

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov səhhətində yaranan problemlə əlaqədar yenidən Türkiyədədir. Bu müddət ərzində deputat müayinə və müalicələrdən keçəcək. Parlamentarinin bir neçə gün sonra vətənə dönəcəyi bildirilib. Qeyd edək ki, V.Əhmədov bir müddət əvvəl də ürəyində yaranmış problem səbəbilə Türkiyədə müalicə alıb.

Türkiyədə döyüş təyyarəsi qəzaya uğradı – Ölən var

    Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotu həlak olub. Hadisə yerinə xilasedicilər cəlb edilib. Məlum olub ki, təyyarə “Türk ulduzları” aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.

Peskovdan daha bir “İsgəndər”i AÇIQLAMA

  Qarabağda qalıqları aşkar edilmiş “İsgəndər” raketi barədə hər hansı məlumatımız yoxdur. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov raketin istifadəsi barədə prezidentə məruzə olunub-olunmaması barədə sualı cavablandırarkən deyib. O, V.Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı ikitərəfli münasibətlərin müzakirə olunacağını bildirib: “Rusiya prezidenti Ermənistan baş naziri ilə görüşü zamanı inteqrasiya məsələlərini, […]

Azəriqaz” əməkdaşlarının vaksinasiyasına başlanıldı

    Aprelin 7-də “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb. Birliyin əməkdaşlarının işdən ayrılmadan daha rahat şəkildə peyvəndlənməyə cəlb edilməsi üçün hər cür şərait yaradılıb. Yaxın 4-5 gün ərzində “Azəriqaz” İB-nin yaşı 40-dan yuxarı olan 1045 əməkdaşına peyvənd vurulacaq. Gündəlik 200-dən artıq işçinin bu prosesə qatılacağı gözlənilir. Qeyd edək ki, qurumun əməkdaşlarının […]

Zəngilanda “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası keçirildi

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Zəngilan rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhərin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib. Daha sonra isə erməni vandalları tərəfindən […]

Bakıda taksi sürücüsündən müştərisinə qarşı İNANILMAZ CİNAYƏT – TƏFƏRRÜAT

    Bir neçə ay əvvəl Bakıda öz müştərisinə qarşı soyğunçuluq etmiş taksi sürücüsünün törətdiyi əməlin təfərrüatları məlum olub. Taksi sürücüsü, 1995-ci il təvəllüdlü Nurlan Şahverdiyev müştərisi, Rüfət M.-in içində ə 1287 manat nağd pul, 800 manat dəyərində 750 əyyarlı 4.5 qram çəkidə olan brilyant qaşlı kişi üzüyünü, sənədlərini və “Wolksvagen Tiguan” markalı avtomobilin mühərrikinin […]

Operativ Qərargah məlumat yaydı: Sayı 1 milyonu keçdi

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43499 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15507 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə […]

Prezident sərəncam imzaladı – 13,6 milyon manat ayrıldı

    Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya […]

Azərbaycanda məktəb direktoruna cinayət işi açıldı – BU ƏMƏLƏ GÖRƏ

    Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Bəkirov Babək Nizam oğlunun 2014-2020-ci illər ərzində dövlət büdcə vəsaitlərini mənimsəməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bu barədə  Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, aparılan araşdırmalarla, Babək Bəkirovun işdən azad […]

Nikol Paşinyan Moskvadadır – Qarabağ müzakirəsi

    Ermənistanın baş naziri Nikol Paşinyan Moskvadadır. Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və 10 noyabr razılaşmasının reallaşması vəziyyəti müzakirə olunacaq.

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930