Zöhrabyan: Faktiki olaraq Polad Həşimov küçəsində yaşayıram – FOTO

  Azərbaycanlılar “Quql Məps” (Google Maps) xəritələrində İrəvandakı bəzi küçələrin adlarını dəyişiblər. Bu sözləri Çiçəklənən Ermənistan fraksiyasının deputatı Naira Zöhrabyan qeyd edib. O bildirib ki, azərbaycanlı istifadəçilər İrəvan küçələrinin adlarını Quql xəritəsində öz qəhrəmanlarının adı ilə qeyd ediblər: “Faktiki olaraq mən Polad Həşimov küçəsində yaşayıram”, – o deyib.

Putin Ukraynada gərginliyi buna görə artırır – “Washington Post”

Rusiya hökuməti daxili problemlərdən diqqəti yayındırmaq məqsədiylə Ukrayna ilə gərginliyi artırır. Bu iddia ilə “The Washington Post” qəzeti çıxış edib. “Putin Rusiyanın durğun iqtisadiyyatı və koronavirusa pis cavab reaksiyası sayəsində artan ictimai narazılıqla toqquşur. Sentyabrda keçirilməsi planlaşdırılan parlament seçkisi yaxınlaşır və müstəqil sorğular göstərir ki, yalnız 27% hakim partiyaya səs verəcək, 41% isə Putinin yenidən […]

Bu meyvə saç tökülməsinin QARŞISINI ALIR

    Selenyum anbarı olan ǝrik saç tökülmələrinə maneə törədir. İnönü Universiteti Mühəndislik Fakültəsi Kimya Mühəndisliyi Bölümü Müəllimi Dr. Önal saç tökülməsinin qarşısını alan selenyumun ǝrikdǝ əhəmiyyətli miqdarda olduğunu deyib. Önal bildirib ki, əriyin nüvəsi torpağa düşən kimi yetişir: “İnsan sağlamlığı üçün çox əhəmiyyətli olan selenium və sink elementləri bütün ərik növlərində var. Bu meyvədə […]

Kim Çendən ACLIQ ETİRAFI: Ağır günlərə hazır olun!

    Şimali Koreya lideri Kim Çen İn ölkədə ərzaq böhranının olduğunu etiraf edib və xalqı ağır günlərə hazırlaşmağa çağırıb. Bu barədə BBC məlumat yayıb. Məlumata görə, Şimali Koreya lideri ölkədəki vəziyyəti 90-cı illərdə bir neçə milyon insanın ölümünə səbəb olan aclıqla müqayisə edib. “Hazırda koronavirus səbəbindən Çindən ölkəyə ərzaq gətirilməsi demək olar ki, dayandırılıb. […]

Sumqayıtda bir yaşlı körpə xəstəxanada öldü

    Sumqayıt şəhərində bir yaşlı körpə xəstəxanada ölüb. 2020-ci il təvəllüdlü Aylin Xasıyeva mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş. O, Sumqayıtda yerləşən uşaq xəstəxanasına aparılıb və orada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Operativ Qərargah məlumat yaydı: xeyli sayda ölən var

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2192 yeni yoluxma faktı qeydə alınıb, 1554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 283 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, […]

İstanbulda “I” ƏMƏLİYYATI: İmtahana girənlərə xüsusi cihazlarla cavabları ötürən azərbaycanlı tutuldu

    İstanbul polisi 15 iyul Demokratiya Otogarında (avtovağzalı) üzərində gəzdirdiyi xüsusi çantada yerləşdirilmiş cihazlarla sürücülük vəsiqəsi almaq üçün imtahana girənlərə cavabları ötürən Azərbaycan vətəndaşı saxlanılıb. Türkiyə KİV-ləri xəbər verir ki, polis Bayrampaşada yerləşən avtovağzalda şübhəli hərəkətlər edən şəxsi izləməyə başlayıb. Onun yanında qara çanta ilə ora-bura dolaşmasından şübhələnən polis şəxsi saxlayıb və axtarış aparıb. […]

Bakıda daş karxanasında FACİƏ: 24 yaşlı fəhlənin üstünə dəmir düşdü

    Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb. Hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

Yeni marşrut xətti təşkil edilir: Gediş haqqı 40 qəpik olacaq – RƏSMİ

    Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətini artırır. Köhnə, istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələri ilə əvəz edilir. Bu barədə qurumdan bildirilib. Məlumata görə, bu çərçivədə ümumilikdə 48 minə yaxın əhalinin yaşadığı Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrində sərnişindaşımaların keyfiyyəti yaxşılaşdırılır. Qeyd olunan qəsəbələrin […]

Koronavirus intiharların artmasına təsir göstərir: “İnsanlarda fobiyalar artıb”

Artıq 1 ildir ki, koronavirus xəstəliyi ilə mübarizə aparırıq. İnsanların həyat rejimində ciddi pozulmalar müşahidə edilir. Qapanmalar insanların həyat rutininə təsir göstərir. Bu da psixoloji problemlərin ortaya çıxmasına səbəb olur. Xəstəliyə yoluxanlarla yanaşı, yoluxmayanlarda da psixoloji pozuntulara rast gəlinir. Bu xəstəlikdən ciddi şəkildə qorxaraq, özlərinə qapanırlar. Belə hallar da insanları intihara sürükləyir. Ötən günlərdə koronavirus […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930