Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur? – FOTO

    2021-ci ilin birinci rübündə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 365,2 milyon manat vəsait yönəldilib. Bu rəqəm 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azdır. Bu dövrdə ölkəmizdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 32,2 faiz azalıb. […]

Bakıda evdən 80 min dollarlıq külçələr oğurlandı – FOTO

    Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, ev sahibi polisə müraciət edərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli […]

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2287 nəfər müalicə olunaraq sağalıb, 2148 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 298 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 262 480 nəfər müalicə olunaraq sağalıb, 4107 […]

AAK media rəhbərlərini medalla təltif etdi – FOTOLAR

    Ötən ilin 22 iyul Milli Mətbuat günü ərəfəsində diaspora fəaliyyətinə dəstək verdiyi üçün Avropa Azərbaycanlıları Konqresi tərəfindən təltif olunan bir qrup ictimai xadimin və jurnalistin mükafatlandırılma mərasimi keçirilib. Avropa Azərbaycanlılar Konresininin (AAK) prezidenti Sahil Qasımov mükafatları sahiblərinə təqdim etmək üçün Bakıya gəlib. Mərasimdə çıxış edən Sahil Qasımov Avropa Azərbaycanlılar Konresininin fəaliyyətinə dəstək verdiyi […]

Paşinyan seçki təbliğatına başladı

  Ermənistan baş naziri Nikol Paşinyan bu gün Vayotzora gedib. Onun icmalarla çoxsaylı görüşlər keçirəcəyi bildirilib. Qeyd edək ki, 20 iyunda Ermənistanda növbədənkənar seçkilər keçiriləcək. Konstitusiyaya uyğun olaraq, Paşinyan bir neçə gündən sonra istefa verməlidir. Buna baxmayaraq, Paşinyan baş nazirin vəzifələrini icra edən kimi səlahiyyətlərini davam etdirəcəyini bildirib. Seçki kampaniyası başlamasa da, bu səfər N.Paşinyanın […]

ADPU-nun 100 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı […]

Rus sülhməramlıları Xocalıda məntəqə qurdu

    Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Məlumata görə, Xocalı rayonunun dağlıq ərazisində yerləşən Sərdarkənd kəndində Humanitar Yardım Mərkəzinin əməkdaşları tərəfindən sakinlərə, qaçqınlara və məcburi köçkünlərə ixtisaslı tibbi yardım göstərmək üçün sahə məntəqəsi yerləşdirilib. “Bu gün dağ kəndinin sakinlərinə humanitar və […]

Travmotologiyada Canbaxışovun “cana baxış” qaydaları

Bərdə şəhər sakini, 1994-cü il təvəllüdlü Orxan Talıbov 2018-ci ilin yanvarın 6-da yol keçərkən avtomobil tərəfindən vurulub. O.Talıbovun Rublika.Az-a bildirdiyinə görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, ayağına mil qoyulub. O.Talıbov deyir ki, düz 1 il mil onun ayağında qalıb. Amma gənc Orxanın ayağında gödəklik əmələ gəlib, axsamağa başlayıb. Onu əməliyyat edən Bərdə RMX-nın həkimi […]

Qubadlıda döyüş sursatları aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 118 minaatan mərmisi və 181 ədəd minaatan mərmisinə məxsus partladıcılar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Pakistanda internetin fəaliyyəti məhdudlaşdırıldı

Pakistan hökuməti bu gün ölkənin daxili təhlükəsizliyinin təmin olunması məqsədi ilə internetin fəaliyyətini bloklayıb. Bu barədə “Dawn” məlumat yayıb. Buna səbəb isə ölkənin bir sıra iri şəhərlərində “Təhrir-i-Ləbbeyk Pakistan” radikal qruplaşması üzvləri ilə polis arasında kütləvi toqquşmaların baş verməsi olub. Belə ki, Lahor, İslamabad, Pişəvər və digər iri şəhərlərdə baş vermiş iğtişaşlarda yeddi nəfər həlak […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930