Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı AÇIQLANDI

    Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib. Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 395 nəfər gələn, Azərbaycandan isə 47 nəfər gedən qeydə alınıb. Nəticədə miqrasiya saldosu ölkə üzrə müsbət 348 nəfər təşkil edib.

“Azercell Telekom”a yeni prezident təyin olunub – FOTO

Zərinə Zeynalova “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib. Bu barədə  şirkətdən xəbər verilir. Zərinə Zeynalova Birləşmiş Krallığın Nottingem Trent Universitetinin İnsan Resurslarının İdarəedilməsi və İnkişafı üzrə diplomuna malikdir, ABŞ-ın Texas A&M Universitetinin İcraedici Rəhbər üzrə İnkişaf Proqramının məzunudur. O, İnsan Resurslarının İdarəedilməsi və İnkişafı üzrə Akkreditə Olunmuş İnstitutun (CIPD) üzvüdür. Azərbaycan Tibb Universitetinin bakalavr […]

Bakıda mənzildən 110 min manatlıq oğurluq – FOTO

  Yasamal rayonuda evdən 70 min manat nağd pul və 40 min manatlıq qızıl oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən xəbərə görə, Yasamal rayonunda evlərdən birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min ABŞ dolları məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb. […]

Tələbələr bu hallarda ali məktəbdən xaric edilə bilərlər – YENİ YANUN

    Yeni qanun layihəsində tələbələrin hansı hallarda ali təhsil müəssisələrindən xaric edilməsi məsələsinə aydınlıq gətirilib. “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında qeyd olunur ki, tələbələr öz arzuları ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti təhsil ilinə qeydiyyatdan keçməyib […]

Ermənistanın İsraildəki səfirinə cinayət işi açıldı

    Ermənistanın İsraildəki səfiri, AOKS təşkilatının keçmiş sədri Armen Smbatyan mədəni tarixi abidələr siyahısına daxil olan binanın özəlləşdirilməsində keçmiş mədəniyyət naziri Asmik Poqosyana yardım etməkdə ittiham edilib. Bu məlumatı Ermənistan İstintaq Komitəsi yayıb. Məlumata görə, 2006-cı ildə bu bina Poqosyan tərəfindən AOKS (Xarici ölkələrlə mədəni əlaqələr üzrə erməni icması – red.) sədri olan Smbatyana […]

Vilayət Eyvazov onu “MERO”ya rəis TƏYİN ETDİ

  Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Cavanşir Vəliyev Yevlax rayonu 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin (“MERO”) rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, C.Vəliyev əvvəllər Yevlax DYP-nin rəisi olub.

İsrailli jurnalistlər Ağdamda – FOTO

    İsrailli jurnalistlər işğaldan azad edilən Ağdama səfər edib. İsrailin “Hayom” qazetinin müxbiri Dean Şumel Elmas və “The Jerusalem Post” və “The Jewish Press” qəzetlərinin siyasi şərhçisi Arye Qut Ağdamda səfərdədirlər. İsrailli jurnalistlər Ağdam Cümə məscidində, Dram teatrında, Çörək muzeyi və İmarətdə Ermənistan tərəfindən törədilmiş dağıntılarla tanış olacaqlar. Qeyd edək ki, hər iki jurnalistin […]

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-24, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa […]

İlham Əliyev Abel Məhərrəmovun oğlunu İŞDƏN ÇIXARDI

    Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. 1978-ci il təvəllüdlü A.Məhərrov 22 yaşından […]

Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı

    2021-ci ildən nazirliyin nəşr planının tərtibini və “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilini müstəqil şəkildə fəaliyyət göstərəcək “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” həyata keçirəcək. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub. Bu barədə  Mədəniyyət Nazirliyindən bildiriblər. Komissiyanın yaradılmasında məqsəd nazirliyin nəşr planının tərtibində və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930