Xarici diplomatlar Şuşada Qazançı kilsəsində olublar

    Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər çərçivəsində Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə baş çəkib, Qazancı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Əvvəlcə diplomatlara Pənahəli xanın sarayının tarixi haqqında məlumat verilib, işğal dövründə sarayın erməni vandallığına məruz qaldığı bildirilib. Qonaqlar sarayın qalıqlarına baxıb, erməni vəhşiliyinin izlərinin şahidi olublar. […]

Bu, Qərbin riyakar siyasətinin bariz nümunəsidir – Deputat

    “Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. Bu, həm işğal altında saxladığı torpaqlarımızda, həm də transsərhəd çaylarımızda baş verib. Cəzasız qaldığı illər ərzində ekoloji terror siyasətini sistem halına gətirib və Azərbaycana külli miqdarda ziyan vurub”. Bunu açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkilinin sözlərinə görə, onun bu əməlləri öz hüquqi […]

Gənc dərinin və sağlam saçların SİRRİ

    Keratin saçların sağlamlığını və parlaqlığını qoruyan vacib maddədir. Demək olar ki, bütün maskalar və balzamların tərkibinə daxildir, salonlarda keratin istifadə edərək saçları gücləndirmək və bərpa etmək üçün prosedurlar təklif olunur. Saçları daha güclü, elastik və qalın edən keratin bədənimizdə təbii olaraq tapılan bir zülaldır. Bu zülalın bədəndə kifayət qədər miqdarda sintez edilməsi üçün […]

Çavuşoğlundan ÖZƏL PAYLAŞIM: “Yaşasın Türkiyə-Azərbaycan dostluğu!” – FOTO

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə doğma dildə təbrik edib. XİN rəhbəri bununla bağlı “Facebook” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Dəyərli qardaşım – Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”

Şirvanda DƏHŞƏTLİ QƏZA: İki avtomobil hasara çırpıldı, 10-na yaxın…

    Şirvanda yol qəzasında 6 nəfər xəsarət alıb. Hadisə Şirvan şəhərində qeydə alınıb. Belə ki, şəhərin Şıxəli Qurbanov küçəsində 10 saylı marşrut üzrə işləyən sərnişin mikroavtobusu “Mitsubishi” markalı avtomobillə toqquşub. Bundan sonra hər iki avtomobil yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şahnisə Qəhrəman qızı, 1958-ci il təvəllüdlü […]

Kardioloqdan ürək xəstələrinə XƏBƏRDARLIQ: 12:00-dan 16:00-a qədər…

    Anomal istilərdə sağlamlığınızı diqqətlə izləməlisiniz. Hər şeydən əvvəl bu, ürək-damar sistemi xəstəliklərindən, xüsusən də hipertoniyadan əziyyət çəkən insanlara aiddir. Bu barədə rusiyalı kardioloq Darya Volkova “360” televiziya kanalına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, xüsusilə ürək xəstəliyi olan insanlar dərmanları qəbul etməyə davam etməlidir: “Dərman qəbul etmələrinə baxmayaraq, təzyiq yüksəlirsə, təcili yardım üçün […]

Operativ Qərargah məlumat yaydı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 615, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 […]

Müəllimlər maaşlarını belə hesablayacaq

    Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənərək vətəndaşların istifadəsinə verilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bunun üçün Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin “Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaq lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqqını hesablama imkanı əldə edəcəklər. Müəllimlər “Onlayn kalkulyator” […]

ABŞ geri çəkildi, Rusiya isə… – Lavrovdan KRİTİK AÇIQLAMA

    “Əfqanıstanda baş verənlər yalnız problemlərin müttəfiqlərimizin ərazilərinə yayılması baxımından bizi narahat edir”. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Caişankar ilə Moskvada görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib. “Taliban”ın İran və Tacikistan sərhədlərindəki nəzarət nöqtələrini ələ keçirdiyini qeyd edən Lavrov hərbi fəaliyyətlərin yalnız Əfqanıstan ərazisində baş verdiyi müddət ərzində […]

Ruslan Əliyev: Qaz sayğacına görə pul istənilsə…

    Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsindəki hesabına canlı yayım edərək bəzi məsələlərə toxunub. İkin olaraq baş direktor Mənzil Tikinti Kooperativlərinin (MTK) qazlaşdırılması zamanı quraşdırılan qaz sayğaclarının dəyəri və bundan sonra tətbiq olunacaq bəzi yeniliklər haqda məlumat verib. MTK-nın qaz sayğaclarını iyulun 1-nə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031