Tahir Kərimlini qorxusundan toya çağırmayan deputat kimdir?

  Deputat Tahir Kərimli Milli Məclisin növbədənkənar iclasındakı çıxışından sonra həmkarlarının ona qarşı münasibətinin xeyli dəyişdiyini, hətta çoxlarının qorxudan onunla ünsiyyətdən qaçdığını bildirib. Xatırladaq ki, T.Kərimli həmin iclasda Xaçmazı təmsil edən deputat Eldəniz Səlimovun polis işçisini döydüyünə görə deputat toxunulmazlığının götürülməsinin doğru olmadığını demişdi. “AzPolitika.info” xəbər verir ki, T.Kərimli “Reaksiya.tv”-yə müsahibəsində həmin çıxışından sonra sosial şəbəkələrdə […]

QUSARIN MEYVƏ BAĞLARININ SUYU KƏSİLİB – “Əkinlərimiz, bağlarımız məhv olur, əhali içməyə su tapmır…”

“Avqustun 2-i, səhər saatlarından etibarən Samur-Dəvəçi kanalından Xan kanalına suyun verilməsi dayandırılıb. Nəticədə, mindən artıq təsərrüfat məhv olmaq təhlükəsi ilə üzləşib, ərazidə yaşayan sakinlər isə susuz qalıb”. Bu barədə bir qrup Qusar rayon sakininin “AzPolitika.info” saytı vasitəsi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-yə və ölkə rəhbərliyinə ünvanladıqları müraciətdə bildirilir. Sakinlərin verdiyi məlumata görə, təsərrüfatlarını Samur – Dəvəçi […]

Gənc əsgərlər and içdilər – FOTO/VİDEO

    Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib […]

Ərdoğan Liviyanın baş naziri ilə görüşdü

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe ilə görüşüb. Liderlərin görüşü Ankaradakı Vahdettin iqamətgahında baş tutub. Tərəflər əvvəlcə təkbətək görüşüblər. Müzakirələr təxminən 1,5 saat davam edib. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibdə görüş keçirilib.

Cəlilabadda BƏDBƏXT HADİSƏ: Gəlin maşını qəzaya düşdü

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. adisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, toy kortecində olan gəlin maşını maneəyə çırpılıb. Qəza nəticəsində gəlin xəsarət alıb, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. (“Report”)

Operativ Qərargah məlumat yaydı – ÖLƏNLƏR VAR

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 350 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 nəfər […]

SON DƏQİQƏ: Mövqelərimiz yenə ATƏŞƏ TUTULDU

    Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azad edilmiş ərazilərdə hərbçilər üçün çörək zavodu fəaliyyətə başladı – FOTO/VİDEO

  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir. Publika.az xəbər verir ki, nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və aparılan tikinti işləri ilə maraqlanıb, inşaatın daha da keyfiyyətli aparılması üçün müvafiq tapırıqlar verilib. Sonra […]

Ermənistan silkələndi

  Ermənistanın Şirak vilayətinin Bavra kəndindən 19 km şimal-şərqdə 3,5 gücündə zəlzələ olub. Ermənistan mediasına istinadla xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Qeyd edək ki, zəlzələ olan ərazi Ermənistan-Gürcüstan sərhədinin yaxınlığında yerləşir.

“Bu yanğın Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı” – Deputat

    “Türkiyədə baş verən meşə yanğınları sıradan bir təbiət hadisəsi deyil, beynəlxalq terrordur, türk dünyasına, Türkiyəyə və Azərbaycana qarşı yüzillərdən bəri aparılan soyqırımı siyasətinin tərkib hissəsidir. Bunu PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları təşəbbüsü” qrupunun həmin yanğınlara görə məsuliyyəti öz üzərinə götürməsi də təsdiq edir. Həmin qrupun erməni terrorçu təşkilatı ASALA-nın təşəbbüsü ilə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031