ABŞ qoşunlarının Əfqanıstandan tam çıxacağı vaxt açıqlanıb

Pentaqon sözçüsü Con Kirbi bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması və təxliyəsini avqustun 31-dək başa çatdırmaq niyyətindədir, bu əməliyyatın vaxtı dəyişməyib. Bu barədə RİA Novosti-yə istinadən xəbər verir. “Missiyamız 31 avqusta qədər davam edir. Bura ABŞ vətəndaşlarının və diplomatik personalın göndərilməsi də daxildir”, – C.Kirbi əlavə edib.

ERMƏNİ QADIN SÜLHMƏRAMLILARI SATDI – Onların növbəti rəzilliyini ifşa etdi + VİDEO

  Atalar yaxşı deyib, betərin də betəri var. Bu günlərdə atalardan əmanət qalan bu ifadə Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının “nümunəvi” xidmətinə sözün əsl mənasında işıq tutur. Çünki sülhməramlılarla bağlı yayılan hər xəbərdə düşünürük ki, bundan daha betər, bundan daha rüsvayçı bir addım ata bilməzlər. Amma sülhməramlılar hər dəfə bizi yanıltmağı bacarırlar. Əbəs […]

İLHAM ƏLİYEVİN MOSKVAYA 5 MÜHÜM MESAJI – Prezident açıq mesajlar üçün niyə Türkiyənin məşhur kanalını seçdi?

Qarabağda vəziyyət gərginləşdiyinə və Rusiyanın Ermənistanın və erməni separatçılarının təxribatlarına dəstəyi artdığına görə Azərbaycan Prezidenti İlham Əliyevin yığılan bu məsələlərə reaksiyasına ehtiyac var idi. İlham Əliyev Türkiyənin “CNN Türk” kanalı vasitəsilə Ermənistana, Rusiyaya mesajlarını göndərməyi lazım bildi. Bu kanal müharibə zamanı da Azərbaycanın dünyaya açılan əsas pəncərələrindən idi. İlham Əliyev mesajları üçün həm də ona görə Türkiyənin məşhur kanalını seçdi ki, Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir daha […]

SABİQ NAZİR MÜAVİNİNƏ HÖKM OXUNDU – Əmlakları dövlət hesabına müsadirə olunacaq

  Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramova son söz verilib. R.Bayramov özünü qismən təsirli bildiyini deyib: “İstintaq müddətində Mədəniyyət Nazirliyinin fəaliyyəti yoxlanılıb və aydın olub ki, mənim imza səlahiyyətim olmayıb. Son nəticədə görünüb ki, adımda heç […]

Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxılıb

  Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Proses hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub. İclasda çıxış edən dövlət ittihamçısı Niyaz Niftiyev və Sahib Abışov barəsində 2 il 6 ay […]

Cüdoçumuz Avropa birinciliyinin qalibi oldu

    Latviyanın paytaxtı Riqada cüdo üzrə Avropa birinciliyi davam edir. Oğlanların yarışında həlledici mərhələdə rusiyalı Danil Mustafinə qalib gələn cüdoçumuz Xəyal Həsənov (50 kq) qitə birinciliyində qızıl medal qazanıb. Onunla eyni çəkidə mübarizə aparan təmsilçimiz Babarəhim Mirzəyev (50 kq) isə Türkiyə təmsilçisi Mehmet Şahın Ertemi məğlub edərək bürünc medala sahib olub. Avropa birinciliyi avqustun […]

Gündə nə qədər şəkər yeyə bilərik? – VİDEO

    Video əlavə olunub. *** Şəkərin “şirin ölüm” olduğunu hər kəs bilir. Ancaq bundan tamamilə imtina etmək demək olar ki, mümkün deyil. Bəs, sağlamlığımızı qorumaq üçün bir gündə nə qədər şəkər qəbul edə bilərik? Qlobal Uzunömürlülük İnstitutunun professoru, Qreys Tibb Mərkəzinin qocalma əleyhinə mütəxəssisi Elina Manjaliy bu suala cavab verib. Əvvəlcə özümüzü niyə şəkərdən məhdudlaşdırmalı […]

Güzəştli mənzillərin seçimi ilə bağlı YENİ XƏBƏR

    Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi – Sumqayıt şəhərində inşa olunmuş güzəştli mənzillərin seçimi uğurla başa çatdırılıb. Bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı prosesinə 17 avqust 2021-ci […]

Əfqanıstan bataqlığı: Zəngəzurdan Kabilə uzanan mübarizə – TƏHLİL

    “Əfqanıstan bataqlığı”: ruslar üçün kədərli olan bu tarix yenidən kimlər üçün yazılacaq, yoxsa, “Taliban”ın yaratdığı Əfqanıstan İslam Əmirliyi bəyan etdiyi kimi radikal mövqeyindən əl çəkib normal münasibətlərə üstünlük verəcəkmi? Bjeziniskinin “Böhranlı Aypara”sının əsas hissəsi olan Əfqanıstanda baş verənlərlə bağlı birdən çox sual var və müxtəlif fikirləri önə çıxarır. Hərçənd, prosesləri anlamaq üçün diqqətçəkən […]

Bakıda tanınmış vəkilin ailəsində faciə – OĞLU ÖLDÜ

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru, vəkil Asif Qədirova ağır itki üz verib. A.Qədirovun oğlu Mehdi vaxtsız vəfat edib. Allah rəhmət eləsin.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031