Azərbaycana qaçaqmalçılıq yolu ilə tütün, dərman və civə gətirənlər saxlanıldı

    Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 7 fakt üzrə tütün məmulatlarının, dərman preparatlarının və kimyəvi maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn DAF, 3 ədəd “Mersedes Benz” və 3 ədəd “Scania” markalı nəqliyyat vasitələri […]

Türkiyə MN-dən pilotlarımızla bağlı paylaşım – FOTO

Konyada 6-17 sentyabr 2021-ci il tarixləri arasında keçiriləcək “Turaz Şahini” təlimlərinə qatılacaq Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 “MİQ-29” və 2 “Su-25” təyyarələri ilə 78 personal ölkəmizə gəldi.   Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.   “Qardaşlarımıza “xoş gəldiniz” deyirik”, – məlumatda qeyd olunub.

“Zəfər tarixi” bütün IX siniflərdə tədris olunacaq

2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılacaq.   Bu barədə Təhsil Nazirliyindən bildirilib.   Məlumata görə, “Zəfər tarixi” kursu tədris dilindən asılı olmayaraq, bütün IX siniflərdə dövlət dilində – Azərbaycan dilində 1 saat tədris olunacaq.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yeni direktor təyin edilib

Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktor vəzifəsinə təyinat olub. “Report” xəbər verir ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsinə Famil Məmmədov gətirilib. Bu təyinata qədər həmin vəzifənin səlahiyyətlərini icra edən Esmira Alməmmədova öz ərizəsi ilə işdən çıxıb.

Məşhur hind aktyoru vəfat etdi

    Hind aktyoru Sidhart Şukla 40 yaşında vəfat edib. Aktyor ürək tutmasından ölüb. Həkimlər bildirib ki, yaxınları aktyoru təcili xəstəxanaya yerləşdirməyə çalışsa da, yolda keçinib. Hindistan mətbuatı ulduzun qəfil ölümünü ölkə mədəniyyətinə ağır itki başlığı ilə verib. Qeyd edək ki, Sidhart Şukla 2019-cu ildə “Bigg Boss” verilişi ilə məşhurlaşıb.

“Azərbaycanda ən incə geyimlər Qarabağda olub”

“30 avqust 2021-ci il tarixi ölkəmizin ictimai həyatında bir sıra mühüm və əlamətdar hadisələrlə yadda qalacaq. Bu duyğusal, qəlbimizi riqqətə gətirən, uzun illərin ayrılığından sonra xalqımızın mədəni tarixinə qızıl hərflərlə yazılan günlər, bənzərsiz hadisələrdir. Biz tariximizin ən şərəfli dövrünü yaşayırıq. Biz yenidən Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın ürəyi, Vətənimizin ayrılmaz hissəsi, canı, hər birimiz üçün azadlıq […]

Kolumbiyada ortaya çıxan Mu virusu Yaponiyada da yayıldı

Kolumbiyada ortaya çıxan və “Mu” olaraq bilinən yeni Covid-19 mutasiyasının Yaponiyada da aşkarlanıb. ÜST tərəfindən peyvəndlərə qarşı davamlı ola biləcəyi bildirilən “B.1.621” virusu Yaponiyada hava limanında test verən iki sərnişində qeydə alınıb. Bundan sonra ərazi karantinaya alınıb. Səlahiyyətli şəxslər insanlara daha diqqətli olmalarını və özlərini qorumağı məsləhət bilib.

Aytən Səfərova işdən ayrıldı – Səbəb

Aparıcı Aytən Səfərova ATV telekanalı ilə yollarını ayırıb. Bu haqda o, Axşam.az-a açıqlamasında deyib. Aparıcı bildirib ki, bir neçə kanaldan təklif alıb: “6 il bu kanalda çalışmışam, həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda ən nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa […]

Bakıya yağış, rayonlara leysan, dolu yağacaq – SABAHIN HAVASI

Sentyabrın 3-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-30° isti, Bakıda gecə 23-25° isti, […]

Qarabağ və Şərqi Zəngəzurda çəkilən yolların xəritəsi açıqlandı

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzurda çəkilən avtomobil yollarının xəritəsini açıqlayıb. Agentlikdən  verilən məlumata görə, hazırda 101 kilometrlik Zəfər yolunun tikintisi ilə yanaşı 81,6 Əhmədbəyli-Füzuli-Şuşa, 80,7 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu, 72,3 kilometrlik Kəlbəcər-Laçın, 123,8 kilometrlik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yollarının tikintisi davam etdirilir. Həmçinin 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı, 83 kilometrlik Xudafərin-Qubadlı-Laçın, 43 kilometrlik Şükürbəyli-Cəbrayıl-Hadrut, 13 kilometrlik Füzuli-Hadrut […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930