“GOOGLE” şirkəti ilə əməkdaşlıq edən yeganə azərbaycanlı

Bu gün sizə olduqca bacarıqlı və istedadlı gənci təqdim edəcəyik. Gənc dediyimiz Fərid Ələkbərovun 22 yaşı var. Yaşının az olmasına baxmayaraq, o, “1G” şirkətinin direktorudu. -İlk öncə izləyicilərimizə özünüzü öz dilinizdən tanış etməyinizi istəyərdik. -Mən öz  hobbim olan nüvə proqramçısı işini görürəm. Onlardan biri musiqidir ki, bu mənim üçün ən vacib şeydir. Kiçik yaşlarımdan, yəni […]

Zəfər Savaşı Azərbaycan xalqının birlik və həmrəyliyinin təntənəsi oldu

Azərbaycanın Zəfər Savaşına başlamasının bir ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Erməni işğalçılarının tam məğlubiyyəti ilə başa çatan 44 günlük müharibəyə qədər Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həll olunmasına, qan tökülməsinin əlehinə olduğunu bəyan etmişdir. Təəssüf ki, ölkəmizin […]

Prezident müharibədə XTQ-nin rolundan DANIŞDI

“Müdafiə Nazirliyinin xüsusi təyinatlıları işğal olunmuş ərazilərin azad edilməsi üçün ən vacib əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının aparılmasında həlledici rol oynadı. XTQ fədakarlıqla mübarizə apardı, bir çox əməliyyatda canlarından keçdi, həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirdi”.   Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə bildirib.   “Mən […]

Bu tarixədək Azərbaycan internetlə tam təmin olunacaq

2024-cü ilədək Azərbaycanın bütün rayonları tam internetlə təmin olunacaq.   Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.   O bildirib ki, nazirliyin əsas tapşırıqlarından biri rəqəmsal transformasiya üçün zəruri infrastrukturun yaradılmasıdır:   “Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi internetlə çıxışla bağlı problem var. 2024-cü ilədək bütün Azərbaycan, hətta ən ucqar […]

NATO-nun yeni hədəfi Çindir

ABŞ-ın məşhur “The New Yorker” dərgisində yayımlanan məqalədə Vaşinqtonun növbəti hədəfinin Çin olacağı bildirilib. Məqaləni şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Amerika İraqı və Əfqanıstanı tərk etdi, Pentaqon bu iki ölkədə fəaliyyətini başa çatdırdı. “Pentaqon indi yeni hədəf haqqında düşünməlidir. Əlbəttə, İran Vaşinqtonu əvvəlkitək narahat edir, ancaq ABŞ paytaxtında daha çox […]

Azərbaycan neftinin qiyməti 78 dolları ötdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,57 ABŞ dolları, yaxud 2,04 % artıb.   “Azeri Light” markalı neftin bir barelinin qiyməti 78,50 ABŞ dolları təşkil edib.   Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq

Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək.   Təhsil Nazirliyindən bildirilib ki, həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır. Eyni zamanda, “Məktəblilər arasında […]

Azərbaycanda bu institutun adı dəyişdirildi

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun adı dəyişdirilib. Bu barədər Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu adlandırılıb.

Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Rusiya və Fransa xarici işlər nazirləri görüşüb. Sergey Lavrovla Jan-İv Le Drian arasında Dağlıq Qarabağdakı situasiya da müzakirə olunub. Digər məsələlər arasında Əfqanıstan, Liviya münaqişəsi, İranın nüvə proqramı və Fransa-Rusiya əlaqələrinin inkişafı müzakirə edilib.

Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri tələbə adını qazana bilib. Belə ki, 21856 nəfər dövlət sifarişi əsasında, 23005 nəfər isə ödənişli əsaslarla təhsil almaq imkanı əldə edib.   Əvvəlki illərlə müqayisədə son dövrdə ödənişli və dövlət sifarişli təhsil alanlar arasında say nisbətinin bu qədər azalması diqqət cəlb […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930