Ceyhun Bayramov Lavrovla DANIŞDI

Noyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.   Telefon danışığı zamanı nazirlər, ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.   Tərəflər, həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə […]

Amnistiya Aktı 15 min məhkuma şamil ediləcək

8 Noyabr – Zəfər Günü münasibətilə hazırlanan Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək.   Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bildirilib.   Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzası ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi parlamentə daxil olub

Füzuli aeroportuna polis rəisi təyin edilib – FOTO

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.   Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.   Əmrə əsasən, polis mayoru Samir Səfərov Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatının Füzuli Hava Limanının Xətt Polis Məntəqəsinə rəis vəzifəsinə təyin edilib.   O, bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsində çalışıb.  

Balıq satanlar cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Siyəzən şəhərində fəaliyyət göstərən balıq bazarında keçirilən nəzarət tədbirləri zamanı nərə balıqlarının satılması faktı aşkar olunub.   Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.   O qeyd edib ki, ovlanması qanunla qadağan olunmuş nərə balıqlarını satan şəhər sakini Kənan Əskərov barəsində akt tərtib edilib və […]

Erməni nazirin ərazi İDDİASI: “Böyük və Kiçik Alagöl bizə verilsin”

Ermənistanın ərazilərin idarə olunması və infrastruktur naziri Qnel Sanosyan açıqlama ilə çıxış edib.   O, delimitasiya və demarkasiya prosesinin qaçılmaz olduğunu diqqətə çatdırıb. “Sərhədlərin delimitasiyası və demarkasiyası vacib, həm də qaçılmaz prosesdir. Sərhədlərin dəqiqləşdirilməsi və ölkənin sakit inkişafını təmin etməliyik”.   Nazir delimitasiya və demarkasiya üçün seçiləcək xəritə barədə də danışıb. O, Azərbaycana qarşı ərazi […]

Amnistiya 4 aya icra ediləcək

Amnistiya Aktını tətbiq etmək üçün nəzərdə tutulmuş orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.   Bu, “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” qərar layihəsində qeyd olunub.   Layihəyə əsasən, Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisələri, intizam xarakterli […]

1 həftədə metroda cərimələnənlər – 70 500 manat

Ötən həftə Bakıda metro stansiyalarında tibbi maskadan istifadə etməyən 705 sərnişin barəsində tədbir görülüb.   Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.   Şöbə rəisi bildirib ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirib:   “Qaydalara əməl […]

Azərbaycan 11 hərbçinin cəsəd qalıqlarını Ermənistana TƏHVİL VERDİ

Azərbaycan II Qarabağ Müharibəsində məhv edilmiş 11 erməni hərbçinin cəsəd qalıqlarını Ermənistan tərəfə təhvil verib.   Proses Xocavəndin Qırmızı Bazar kəndində baş tutub.   Ölənlərin şəxsiyyəti ekspertiza yolu ilə müəyyənləşdiriləcək.   2020-ci ilin 10 noyabrından bəri Qarabağda 1697 erməni hərbçinin cəsəd qalıqları tapılıb.

Dünyada taxıl kəskin BAHALAŞDIDünyada taxıl kəskin BAHALAŞDI

Dünya bazarlarında taxıl kəskin bahalaşıb.   Çikaqo birjasında 1 buşel (27,216 kiloqram) taxılın dəyəri 8 dollara çatıb. Bu 2012-ci ildən bəri taxıl məhsulları (buğda, arpa, çovdar, vələmir, qarğıdalı, düyü və darı) üçün ən yüksək qiymət müəyyən olunub.   “Bloomberg” agentliyi taxılın bahalaşmasına səbəb olaraq, dünyada bu il müşahidə olunan quraqlıq və gübrə qiymətlərinin artmasını əsas […]

Vilyam Hacıyevin vəziyyəti ağırdır, dövlətdən humanizm gözləyir

İmişlinin həbs edilən sabiq icra başçısı Vilyam Hacıyev koronavirusla mübarizədə çarpışmaqdadır. Reportyor.info-nun əldə etdiyi məlumata görə, onun vəziyyəti ağırlaşıb. V.Hacıyev hazırda müalicə alsa da, vəziyyətində dəyişiklik yoxdur. Dövlət rəhbərliyinin və məhkəmənin onun səhhətini nəzərə alacağına ümid bəslənir. Məluatda bildirilir ki, bu günlərdə dövlət “Azərxalça”nın rəhbəri Vidadi Muradovun onkoloji xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq, onun vurduğu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930