Hansı partiyalar parlamentin boş yerlərinə seçkidə iştirak edəcək…

Hazırda parlamentdə beş deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib: – 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə – 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli – 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf […]

Müəllimlərin işə qəbulu ildə bir neçə dəfə keçiriləcək

“Müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) texniki idarə olunması, yəni, imtahanların sayının çoxaldılması və namizədlərə daha əlverişli şəraitin yaradılması üçün bütün imkanlardan istifadə olunur. 2022-ci ildə MİQ-lə bağlı texniki məsələlərlə yanaşı, məzmun və digər istiqamətlərdə də təkmil dəyişikliklər nəzərdə tutulur”.   Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.     Onun […]

Deputatın “peyvənd sertifikat”ı Avropada tanınmadı

“2021-ci ilin ilk ayından sonra sərt karantin tədbirləri tətbiq etmədən yoluxma sayında kəskin artımın qarşısının alınması təqdirə layiqdir. Bununla yanaşı, Peyvənd Sertifikatının elektronlaşması və eləcə də onun regional qəbul edilməsi baxımdan təəssüf ki, problemlər qalmaqdadır. Azərbaycanda verilən Peyvənd Sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınılmır və oxunmur”.   Modern.az xəbər verir ki, bunu […]

İki rayona yeni prokuror təyin olundu

Baş prokuror Kamran Əliyev yeni təyinatlar barədə əmr imzalayıb. K.Əliyevin əmrinə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib. Digər əmrlə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib. Baş Prokurorluğun Mətbuat Xidməti faktı  təsdiqləyib.

Lirə 10 qəpiyə düşdü

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.   2021-ci ilin dekabrın 17-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.9265 manata, 1 Rusiya rublu isə 0.0230 manata yüksəlib.   1 türk lirəsinin məzənnəsi isə 0.1084 manata enib.

“Bəşəriyyəti pandemiyadan sonra daha çətin günlər gözləyir” – BMT sədri

  “Dünya çətin bir ilin sonuna yaxınlaşır. Pandemiyanın hələ də davam etdiyi, ədalətsizlik, ayrı-seçkilik, bərabərsizliklərin artdığı, inkişaf etməkdə olan ölkələrin yükünün daha da ağırlaşdığı və iqlim böhranının həll olunmamış qaldığı dövrdə yaşayırıq”. Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quttereş Nyu-Yorkda jurnalistlərlə keçirdiyi ilin son mətbuat konfransında deyib. Baş katib koronavirus əleyhinə peyvəndlərin […]

Su anbarında üç aylıq körpənin meyiti tapıldı

Astarada körpə meyiti tapılıb.   Hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb. Körpənin meyiti Lovayın su anbarından tapılıb və müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.   Körpənin öldükdən sonra atılması və ya orada ölməsi hələlik məlum deyil.   Faktla bağlı araşdırma aparılır.

Yaxın illərdə yeni dünya müharibəsi başlaya bilər

  Yaxın beş ildə böyük dövlətlər arasında silahlı münaqişə baş verə bilər. Bunu “The Wall Street Journal” qəzetinin eksperti Endryu Mista bildirib. Ekspertin fikrincə, ABŞ və Çin arasında qarşıdurma riski əvvəlkindən qat-qat yüksəkdir. İki ölkə arasında Tayvanın statusu bağlı mübahisə aktiv müharibəyə çevrilə bilər. Mişta hesab edir ki, Amerika ordusunun hələlik müharibə formatına hazır olmaması […]

Slovakiyanın keçmiş baş naziri saxlanılıb

  Slovakiyanın keçmiş baş naziri, Sosial Demokratlar Partiyasının lideri Robert Fiko saxlanılıb. Bu barədə Slovakiya radiosu məlumat yayıb. Fiko sosial demokratların paytaxt Bratislavada hazırkı hakimiyyətə qarşı planlaşdırdığı etiraz aksiyası başlamazdan əvvəl saxlanılıb. Keçmiş baş nazir hazırda Lermontova küçəsində yerləşən polis bölməsindədir.

Şərifovun bacısı qızı, keçmiş nazirin yaxın adamı… – Səs yazısı yayılan direktorla bağlı yeni məlumatlar

  Bakıda səs yazısı yayılan məktəb direktoru ilə bağlı yeni məlumatlar üzə çıxıb. Xatırladaq ki, “ARB” televiziyasında efirə verilən səs yazısında təhsil müəssisəsinin rəhbəri müəllimlərə toplanmalı olan vəsaitin gecikdiyini xatırladır və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırır. Qeyd olunur ki, müəllimlərin vatsap qrupunda paylaşılan səsdə Valideyn-Məktəb Assosiasiyasının (VMA) üzvlük haqlarının yığılması tələb olunur. Daha sonra […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031