Qazaxda “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib

Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyəti ehtiramla anıblar. Sonra Qazax Gənclər Evinin akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər […]

“Azərbaycanım” beynəlxalq jurnalı dövlət başçısını ad günü münasibətilə təbrik edib

“Azərbaycanım” beynəlxalq jurnalı dövlət başçısını ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: Hörmətli cənab Prezident! Müzəffər Ali Baş Komandan! Sizin sərkərdəliyinizlə Vətən Müharibəsində şanlı zəfər qazanan xalqımızın qələbə sevinci ilə yaşadığı, qurub-yaratdığı, öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə Sizi ad gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır. 2003-cü ildə ilk dəfə dövlət […]

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 2%-dən çox artırılıb

  Azərbaycanda 2022-ci ildə sosial müdafiə və sosial təminat üçün dövlət büdcəsindən 3,643 milyard manat xərclənəcək. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2022-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb. Sənədə əsasən, sosial müdafiə və sosial təminat xərcləri ilkin variantla müqayisədə 2,15% çox, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1,45% azdır.

Daxili Qoşunların əməkdaşlarının maaşları artırılıb

  Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq […]

Hərbçilərin maaşları artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” […]

“BAHALAŞMANI HİSS ETMİRƏM…” – Misir Mərdanov hələ də “başqa aləmdə” yaşayır

  “Səmimi deyim ki, bahalaşmanı hiss etmirəm. Gedirəm nə alıramsa, torbalara qoyurlar, qiymətini çekə yazırlar, pulunu hesablayırlar, mən də verirəm. Bəlkə də bahalaşma var e, demirəm ki, yoxdur. Bəlkə də aldığım məvacib yüksəkdir deyə, mən bahalaşmanı hiss etmirəm. Eşidirəm ki, camaat deyir, hər şey bahalaşır. Ancaq öz üzərimdə açığını deyim ki, hiss etmirəm”. Bu sözləri […]

Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşı artırılıb

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb. Fərmanda deyilir: “1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin. 2. Azərbaycan Respublikası Daxili İşlər […]

“Bizdə də Türkiyədəki kimi ola bilər” – Putin pul siyasətindən danışdı

  Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi geniş mətbuat konfransında ölkəsinin Mərkəzi Bankının maliyyə-pul siyasətinə toxunub.  V.Putin son günlərdə Türkiyə milli valyutası ilə bağlı yaşanan durumun ölkəsində təkrar olunmasını istəmədiyini bildirib. Rusiya Mərkəzi Bankının bəzən sərt monetar siyasət yürütdüyünü və biznes dairələrinin bunun əleyhinə olduğunu qeyd edən Putin rublun dayanıqlığını təmin etmək üçün başqa […]

Qazaxıstanda ölüm hökmü ləğv olunub

  Qazaxıstanda ölüm hökmü ləğv olunub. Ölkə parlamentinin yuxarı palatası olan Senat bununla bağlı qanun qəbul edib. Qanunvericiliyə edilən dəyişikliklə Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü çıxarılıb. Bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq. Belə ki, buna 2021-ci ilin yanvarında Qazaxıstan BMT-nin “Ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakta […]

DTX ŞANTAJÇI DƏSTƏNİ HƏBS EDİB – Əcnəbilər Azərbaycan vətəndaşlarını intim videogörüntüləri ilə şantaj ediblər

Azərbaycan vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən əcnəbilər həbs olunub. Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, 2021-ci il ərzində Azərbaycan vətəndaşlarının intim videogörüntüləri ilə şantaj edilmələri, belə videomaterialların müxtəlif sosial şəbəkələr vasitəsilə yayılmasının təşkil edilməsi barədə daxil olmuş məlumatlar DTX tərəfindən araşdırılıb. Faktlarla bağlı DTX-nin İstintaq baş idarəsində Azərbaycan Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031