AYYB-dən Rusiyaya çağırış:“Yunus Arakız sərbəst buraxılmalıdır”

 TİA.AZ avrasyaaktuel.com-a istinadən xəbər verir ki,16 noyabrda Youtube-da yerləşdirilən bir videoda Quranı Kərimi cıran İbrahim Atabəy adlı şəxsin hədəf göstərdiyi Moskva Türk Teatrı artisti Yunis Arakiz, Rusiyada həbs olunub. Youtuber İbrahim Atabəy tərəfindən “Siyasi İslamçı, Cihatçı təbirləri ilə hədəf göstərilən teatr artisti Yunis Araq, rus polisi tərəfindən hava limanında göz altına alındıqdan sonra məhbus mühakimə olunmaq […]

Deputatlar valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişikliyi qəbul ediblər

  Deputatlar valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişikliyi qəbul ediblər. Bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Dəyişiklik layihəsinə əsasən, Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir: “Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək […]

4 HƏRBÇİYƏ GENERAL RÜTBƏSİ VERİLDİ – Sərəncam

  Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: “general-leytenant” ali hərbi rütbəsi general-mayor Zaur Qasım oğlu Abdullayevə general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə general-mayor Yusif Həsən oğlu […]

“Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var” – Mövlud Çavuşoğlu

  “Hazırda F-35-lərin alınması ilə bağlı problemlər var”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib. “ABŞ Prezidenti Cozef Bayden Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla son görüşündə problemlərin həll olunmasını istədiyini, əlaqələrimizin inkişafında maraqlı olduğunu bildirmişdu. İnanıram ki, gələcəkdə dialoqlar olacaq. Lakin bu gün F-35 satılmayacaqsa, ya verdiyimiz pullar qaytarılmalı, ya […]

İlham Əliyev sabiq prezidentin ölümü ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli xanım Prezident, Yunanıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Karolos Papulyasın Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, […]

Zəfər Amnistiyası 3369 nəfərə TƏTBİQ EDİLİB

“Noyabrın 5-də Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktından iki aya yaxın vaxt keçib. Bu müddət ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmət üzrə 3369 nəfərə Amnistiya aktı tətbiq olunub”.   Bu fikirləri açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.   Ə.Nuriyev deyib ki, iki ay müddətində bu qədər insana Amnistiya […]

Övladlığagötürmə ilə bağlı yeni QAYDALAR

Azərbaycanda övladlığagötürmə qaydasına dəyişiklik təklif edilir. BHununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik olunur.   Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: “Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi […]

Texniki baxış şöbələri bayram günlərində də işləyəcək

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı əlaqədar 31 dekabr – 4 yanvar tarixləri qeyri-iş günləri olsa da, polis əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq.   Bu barədə BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.   O bildirib ki, bayram günlərində vətəndaşların boş vaxtlarının […]

Azərbaycanda 5 şagird cinsi zorakılığa məruz qalıb

2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb.   Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.   Sənəddə qeyd edilib ki, həmin illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları […]

Bakı müəllimlərinin orta aylıq maaşı 741 manatdı

Bakı şəhəri üzrə müəllimlərin orta əmək haqqı məbləği açıqlanıb.   Bu barədə İdarədən  verilən məlumatda bildirilib.   Qeyd edilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2021-ci ildə  741 manat təşkil edib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031