Çevik Polis Alayının qərargah rəisi vəzifəsindən azad edilib

Çevik Polis Alayının qərargah rəisi, polis polkovniki Elnur Kərimov tutduğu vəzifədən azad edilib. “Report” xəbər verir ki, bununla bağlı daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb Əmrə əsasən, o, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib

Şuşa İstilik Sistemləri İstismar Sahəsi YARADILDI

“Azəristiliktəchizat” ASC-nin strukturuna Şuşa İstilik Sistemləri İstismar Sahəsi daxil edilib. Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Qərarı Baş Nazir Əli Əsədov imzalayıb

Azərbaycanda qazdan və sudan istifadə qaydaları dəyişib

Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 12 may 2011-ci il və “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 17 iyul 2014-cü il tarixli qərarlarında dəyişiklik edib. “Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə […]

Deputat Manaf Ağayevin həbsinə görə DİN-ə təşəkkür etdi

“Müğənni, müəllim və ya həkim qaydaları pozursa, dövlət qurumları qanun çərçivəsində addım atmalıdır. Hamı qanun qarşısında bərabərdir”. Bunu Modern.az-a deputat Fazil Mustafa işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən müğənni Manaf Ağayevin həbs olunmasına münasibət bildirərkən deyib. Deputat buna görə Daxili İşlər Nazirliyinə (DİN) təşəkkür edib: “Müğənni, müəllim, həkim və digərləri qaydanı pozursa, buna qarşı […]

İsa Həbibbəylidən AMEA prezidentliyi barədə AÇIQLAMA: “Mən ciddi adamam, elə işlərə baş qoşmuram”

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın rəhbəri postuna namizəd olacağı barədə fikirlərə münasibət bildirib. Bu barədə Modern.az-a açıqlama verən akademik adının AMEA prezidentliyinə namizədlər sırasında hallandırılmasını xoş qarşılamadığını deyib. “Ümumiyyətlə, müxtəlif şəxslərin namizədliyi ilə bağlı adlarının hallanması xoş deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi […]

Bakıda yolu bağlayan TIR sürücüləri HƏBS EDİLDİ

Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib. APA-nın xəbərinə görə, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü inzibati qaydada 30 sutka həbs […]

Azərbaycanda bəzi dərmanlar niyə yoxa çıxıb? – ARAŞDIRMA

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bununla yanaşı, payız-qış mövsümü bir sıra qrip və kəskin respirator virus infeksiyalarının da surətlə yayılmasına səbəb olub. Bu isə dərmanlara olan tələbatı daha da artırıb. Nəticədə Bakının bəzi apteklərində dərman qıtlığı yaranıb. “Report” məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, bəzi apteklərdə zəruri olan bir […]

Azərbaycanda dövlət şirkətlərinin sayı niyə artır?

Azərbaycanda son vaxtlar dövlətə məxsus idarə, müəssisə və təşkilatların təşkilati-hüquqi formasını dəyişərərək kommersiya qurumuna çevrilməsi, başqa sözlə, dövlət şirkətlərinin sayının artması müşahidə olunur. Məsələn, bu günlərdə Prezidentin İşlər İdarəsinə məxsus “Azərbaycan” Nəşriyyatı təxminən 4 milyon manat nizamnamə kapitalı ilə eyni adlı MMC-yə çevrilib. Fevralın 14-də isə Hökumət Evinin idarə edilməsi ilə məşğul olan İnzibati binaların […]

Bələdiyyə sədri sabiq icra başçısının üzünə durdu: “Kredit pulunu ona vermişəm”

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi iclasda cinayət işi üzrə şahid qismində tanınmış şəxslər ifadə verib. İmişli rayonunda Yalavaz-Məhəmmədli-Rəsullu bələdiyyəsinin sədri olmuş Qəhrəman Qəhrəmanov bələdiyyə sədri təyin olunmaq üçün V. Hacıyevə 10 […]

Tərtərdə mina partlaması nəticəsində AAYDA əməkdaşları xəsarət alıb

Tərtər Rayon Prokurorluğu mina partlaması hadisəsi ilə bağlı məlumat yayıb. “Report”a daxil olan məlumatda deyilir: “18.02.2022-ci il tarixdə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Prokurorluq əməkdaşları […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28