Azərbaycan Prezidenti Rusiyanın baş naziri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiyanın baş naziri Mixail Mişustin ilə görüşüb. Görüş Rusiya dövlət başçısı Vladimir Putinlə birgə mətbuat konfransından sonra baş tutub. İlham Əliyev və Mixail Mişustinin Rusiya Federasiyası hökumətinin Koordinasiya Mərkəzində bir araya gəldiyi bildirilib. Mənbə: “RİA Novosti”

Azərbaycan və Rusiya XİN-ləri arasında daimi məsləhətləşmə mexanizmi yaradılacaq

Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. APA xəbər verir ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapıb. Sənədə əsasən, bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr […]

Putin: “Minsk razılaşmaları artıq mövcud deyil”

“Minsk razılaşmaları artıq mövcud deyil”. APA “RİA Novosti”yə istinadən xəbər veri ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin söyləyib. Vladimir Putin deyib ki, Rusiya “Donetsk Xalq Respublikası”nı və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyırsa nəyə görə Minsk razılaşmasını yerinə yetirmək lazımdır? “Bəli, əlbəttə ki, indi Minsk razılaşmaları yoxdur, əgər biz bu xalqların müstəqilliyini tanıyırıqsa, niyə onları […]

Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə bilər

Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə bilər. APA xəbər verir ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapıb. Sənədə əsasən, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini […]

İlham Əliyev Vladimir Putini Bakıya dəvət etdi

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini iş cədvəli və epidemioloji vəziyyət imkan verən kimi Bakıya səfərə dəvət edib. Danışıqların rəsmi hissəsindən sonra ölkə liderləri məsafə saxlayaraq söhbət ediblər. “Bir daha təşəkkür edirəm. Cədvəl və pandemiya imkan verən kimi sizi Bakıda gözləyirik. Çox şad olarıq”, – deyə İlham Əliyev bildirib. Mənbə: “RİA Novosti”

Rusiya ilə Azərbaycan arasında imzalanmış 43 bəndlik Moskva Bəyannaməsinin mətni AÇIQLANDI

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin mətnini açıqlayıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bəyannamədə deyilir: Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək, Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında […]

İlham Əliyev: “Regionda münaqişədən sonrakı vəziyyəti ətraflı müzakirə etdik”

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə birgə mətbuat konfransında regionda münaqişədən sonrakı vəziyyəti ətraflı müzakirə etdiklərini bildirib. “Regionda münaqişədən sonrakı vəziyyəti ətraflı müzakirə etdik. Biz Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli sazişə riayət etməsini, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını gözləyirik”, – deyə dövlət başçısı bəyan edib.

Azərbaycan Prezidenti Moskva Bəyannaməsi haqqında danışıb

İlham Əliyev Vladimir Putinlə birgə mətbuat konfransında Azərbaycan və Rusiya arasında imzalanmış qarşılıqlı əməkdaşlıq fəaliyyəti haqqında Bəyannamədən danışıb. Dövlət başçısı Bəyannamənin birinci bəndinə diqqət çəkərək bildirib ki, burada Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin sərhədlərin toxunulmazlığı, dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörməti prinsipi əsasında qurulması öz əksini tapıb.

Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanıb

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. APA xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar.

Ərdoğan Afrika səfərini YARIMÇIQ SAXLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin videokonfrans formatında keçiriləcək Zirvə görüşünə qatılacaq. “Cumhuriyyet.net”in APA-ya istinadən xəbərinə görə, Türkiyə lideri buna görə Qvineya-Bisauya səfərini təxirə salıb. Qeyd edək ki, Prezident Ərdoğan 20-22 fevral tarixlərində Konqo Demokratik Respublikasına, Seneqala səfər edib. O, bundan sonra Qvineya-Bisauya səfər etməli idi.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28