ABŞ Rusiyaya yenə sanksiya tətbiq etdi

ABŞ Ticarət Departamenti Rusiya və Belarusdan olan 120 hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib. Modern.az xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, bu şirkətlər hərbi modernləşdirməni davam etdirmək üçün ixrac məhdudiyyətləri ilə qadağan olunmuş məhsulları satın aldıqlarına görə sanksiyaya məruz qalıblar.

AMEA-nın ümumi yığıncağı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. “Report” xəbər verir ki, iclasda AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər. Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib. Əvvəlcə akademik Arif Həşimov akademik Şahin Mustafayevə 60, AMEA-nın müxbir üzvü Novruz Quliyevə və […]

“Sərəncamı mətbuatdan oxudum” – Vahid Əhmədov

“Təltif olunmağım barədə sərəncamı mətbuatdan oxudum”. Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən deputat Vahid Əhmədov deyib. O, Prezident İlham Əliyevə təşəkkür etdiyini bildirib: “Sərəncamı mətbuatdan oxudum. Dövlət başçısına fəaliyyətimə verdiyi qiymətə görə minnətdaram”. Qeyd edək ki, Prezidentin bu gün imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə […]

Ermənilərin Qarabağdakı hərbi təxribatının pərdəarxası: Brüssel görüşü ərəfəsində nələr baş verir? – VİDEO

Bu ay Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş keçiriləcək. Bu barədə Baku TV süjet hazırlayıb. Ekspertlərin bu görüşlə bağlı proqnozları nikbin olsa da, Nikol Paşinyanın hökumətin sonuncu iclasında hər zamankı ampluasında baş tutan çıxışı düşünməyə vadar edir. Çünki Paşinyan 10 noyabr bəyanatındakı silahlı erməni qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı bəndi təhrif edib. Daha ətraflı […]

Vilyam Hacıyevin işdən çıxarılan oğlundan AÇIQLAMA

Bu gün işdən azad olunan Məhəmməd Hacıyev işdən vəzifədən azad olunması ilə bağlı açıqlama verib. M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işdən ayrılmaq üçün özü Baş Prokuror Kamran Əliyevə müraciət edib. “Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, […]

Putinlə Paşinyanın Qarabağ MÜZAKİRƏSİ

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər Qarabağ məsələsini müzakirə ediblər. Telefon danışığı zamanı üçtərəfli razılaşmalara ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib. Qeyd edək ki, Putin və Paşinyan dünən də telefonla danışıb.

Vilyam Hacıyevin oğlu vəzifəsindən azad olunub

Qubadlı rayon prokurorluğunun əməkdaşı Məhəmməd Hacıyev vəzifəsindən azad edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Baş Prokurorluğun Mətbuat xidməti “Report”a məlumatı təsdiq edib. Qeyd edək ki, M.Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğludur.

Şahbaz Quliyevin iddialarına rəsmi CAVAB VERİLDİ

Bu gün Bakı şəhərinin mərkəzində etiraz edərək, bir neçə sosial şəbəkə səhifəsinə müsahibə verən Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Quliyev Şahbaz Cəlal oğluna 17.06.2021-ci il tarixdən ümumi səbəbdən II qrup əlillik təyin edilib. Buna görə o, aylıq olaraq 180 manat məbləğində müavinət alır. Modern.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin […]

Paşinyanın qorxduğu proses başladılır: Xankəndidən erməni silahlılar çıxarılacaq, Laçın dəhlizinə nəzarət olunacaq

Rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatizminə qarşı mübarizədə ən doğru variantın reallaşdırılmasına hazırlaşır; Paşinyan hakimiyyəti müqavimət göstərməyə çalışsa da, üçtərəfli anlaşmalara uyğun olaraq, Ermənistan ordusunun tör-töküntülərinin bölgədən çıxarılması, Laçın dəhlizinə Azərbaycan və Rusiya hərbçilərinin ortaq nəzarət etməsi Cənubi Qafqazda sülh dövrünün başladılması baxımdan, yeganə qarşısıalınmaz modeldir… Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya […]

Azərbaycan və Ermənistan güləşçiləri arasında İNSİDENT

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib. Cumhuriyyet.az xəbər verir ki, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovu sifətinə zərbə endirərək onu itələyib. Azərbaycan güləşçisi rəqibinin üzərinə yerisə də, görüşü idarə edən hakim insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930