BMT-də Rusiyanın əleyhinə və lehinə səs verən ölkələr, bitərəf qalanlar – SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün – aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasında iştirakını dayandırıb. Cumhuriyyet.az-ın məlumatına görə, BMT Baş Assambleyasında Rusiyanın qurumdan çıxarılmasına dair qərarın lehinə 93, əleyhinə 24 ölkə səs verib, 58 ölkə bitərəf qalıb. Qərar layihəsini ABŞ, Ukrayna, Latviya da daxil olmaqla bir sıra Qərb ölkələri hazırlayıb. Türkiyə qərarın lehinə […]

Prezidentdən dünənki görüşlə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Cumhuriyyet.az xəbər verir ki, telefon danışığı əsnasında dünən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparılıb. Prezident İlham Əliyev görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirib. Dövlət […]

ATƏT Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayıb

ATƏT Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının himayəsi altında görüşünü alqışlayır Cumhuriyyet.az xəbər verir ki, bu barədə Polşa Respublikasının ATƏT yanında daimi nümayəndəliyi tviter hesabında yazıb. Qeyd edilir ki, ATƏT tərəflər arasında mümkün sülh razılaşması istiqamətində prosesin başlanması, eləcə də Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə kömək etməyə hazırdır. Qeyd […]

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Cumhuriyyet.azxəbər verir ki, telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparıldı. Prezident İlham Əliyev görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirdi. Dövlətimizin […]

Amerikanın 3-cü şəxsi koronavirusa yoluxdu

ABŞ Konqresinin Nümayəndələr Palatasının 82 yaşlı spikeri Nensi Pelosinin koronavirus testi müsbət çıxıb. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə spiker administrasiyasının sözçüsü Dryu Hamill bildirib. Pelosinin sözçüsü Tvitter hesabında “spikerin COVID-19 testi müsbət çıxıb və amma onda heç bir xəstəlik simptomu yoxdur” yazıb. Onun sözlərinə görə, bu həftənin əvvəlində Pelosinin testi mənfi […]

Elmira Axundova Ukraynaya vəzifəsinə dönəcəkmi? – Siyasilərin MÜNASİBƏTİ

Artiq Kiyevdə yaranan sabitlikdən sonra xarici ölkə səfirlərinin Kiyevə geri qayıtması prosesi başlayıb. Azərbaycanın da bu ölkədəki səfirliyinin və səfir Elmira Axundovanın fəaliyyətin bərpa olunmasının vaxtı çatıb. Bildiyimiz kimi, səfirimizin müharibə dönəmindəki fəaliyyəti ictimaiyyətdə narazılıqla qarşılanıb və bu barədə Elmira Axundova da bəzi fikirləri ilə müzakirə obyektinə çevrilib. Məsələ ilə bağlı tanınmış millət vəkilləri və […]

Bu ölkə də rus diplomatları qovdu

Monteneqro dörd rus diplomata persona non-qrata elan edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Rusiya Xarici İşlər Nazirliyi rus diplomatların ölkədən çıxarılmasına cavab verəcəklərini bildirib. Qeyd edək ki, indiyədək Avropa dövlətlərindən 200-ə yaxın rus diplomat çıxarılıb.

“ABŞ Putindən qorxmur” – Pentaqon rəhbəri

“ABŞ Rusiya Prezidenti Vladimir Putindən qorxmur, lakin Moskva ilə nüvə rəqabəti vəziyyətindən qaçmağı vacib hesab edir”. Cumhuriyyet.az xarici mediaya istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib. “Mən Vladimir Putinin nə düşündüyünü bilmirəm, başqaları da bilmir. Siz Putinə münasibətdə “qorxu” sözünü işlətdiniz və qeyd etmək istərdim ki, mənim əsas vəzifəm gərginliyi idarə etməkdir. […]

Rusiya bu təşkilatdan QOVULDU

Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyası qətnamə qəbul edib. 93 ölkə qətnamənin lehinə, 24 ölkə isə sənədin əleyhinə səs verib. 58 ölkə bitərəf qalıb. Qətnamə layihəsinin hazırlanmasında ABŞ, Ukrayna və Latviya iştirak edib.

Putin Təhlükəsizlik Şurasını TOPLADI

Rusiya Prezidenti Vladimir Putinin sədrliyilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. İclasda Ukraynada hərbi əməliyyatların gedişatı, habelə Kiyevlə danışıqların hazırki vəziyyəti müzakirə olunub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930