Rusiya defolt elan etdi

Rusiya istiqraz sahiblərinə ödənişləri dollarla deyil, rublla təklif etdiyi üçün xarici borcunu defolt edib. Cumhuriyyet.az CNN-ə istinadən xəbər verir ki, bu barədə “S&P” kredit reytinq agentliyi məlumat yayıb. Bildirilir ki, Rusiya aprelin 4-də vaxtı başa çatan iki dollarlıq istiqraz üçün rublla ödəniş etməyə cəhd edib, lakin kreditorlar bu təklifdən imtina ediblər. Agentlik bunun “seçimli defolt” […]

Aİ Azərbaycanla Ermənistan arasında birbaşa təmasları və əlaqəni dəstəkləyib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında bu gün baş tutan telefon danışığını müsbət qiymətləndirib. Cumhuriyyet.az xəbər verir ki, Toyvo Klaar bu barədə özünün tviter hesabında yazıb. “Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və […]

Rusların Ukraynada öldürdüyü mülki şəxslərin SAYI

Fevralın 24-dən aprelin 11-dək Ukraynada 1842 dinc sakin həlak olub, daha 2493 nəfər yaralanıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə komissarlığı məlumat yayıb. Bildirilib ki, ölənlərdən 148 nəfəri, yaralananlardan isə 233-ü uşaqdır. Diqqətə çatdırılıb ki, bu, yalnız təsdiqlənmiş məlumatdır, qurbanların real sayı daha çox ola bilər. BMT-nin məlumatına görə, mülki əhalinin […]

Sabah Lukaşenko ilə Putin görüşəcək

Lukaşenka Rusiyaya işgüzar səfərə gedib. Cumhuriyyet.az BELTA xəbər agentliyinə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun təyyarəsi Rusiyanın Uzaq Şərqinə gəlmək üçün havaya qalxıb. Aprelin 12-də Rusiya Prezidenti Vladimir Putinlə görüş planlaşdırılır. Onlar birlikdə Amur vilayətindəki Vostoçnıy kosmodromuna baş çəkəcək, orada raket buraxılışı kompleksinin tikintisi ilə tanış olacaq və danışıqlar aparacaqlar.

OPEC: Neft təchizatı sahəsində tarixin ən nəhəng böhranı ola bilər

“Rusiyaya qarşı sanksiyalar neft təchizatı sahəsində tarixin ən nəhəng böhranına səbəb ola bilər”. Cumhuriyyet.az-ın məlumatına görə, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo Avropa İttifaqının rəsmiləri ilə görüşdə bildirib: “Rusiyaya qarşı hazırda qüvvədə olan və gələcəkdə tətbiq ediləcək məhdudiyyətlər tarixin ən böyük neft böhranlarından birinə səbəb olacaq. Rusiya neftinin təchizatının dayanması nəticəsində üzləşdiyimiz itkini kompensasiya etmək […]

Almaniyanın XİN rəhbəri: “Ukraynaya təcili yardım lazımdır”

“Rusiyanın hücumlarından qorunmaq üçün Ukraynaya təcili hərbi dəstək lazımdır”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. “Bir şey aydındır: Ukraynaya daha çox hərbi vasitə, xüsusən ağır silahlar lazımdır”, – deyə o bildirib.  

“Kiyevə getməyə hazıram” – Makron şərt qoydu

Fransa prezidenti Emmanuel Makron səfərinin faydalı olacağı, Rusiya və Ukrayna prezidentləri arasında dialoqun qurulmasına kömək edəcəyi təqdirdə Kiyevə səfər etməyə hazır olduğunu bildirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, BFMTV telekanalının efirində bildirib. Makron sonuncu dəfə fevralın əvvəlində Kiyevdə olub. “Mən Kiyevə və ya Ukraynanın hər hansı başqa şəhərinə getməyə hazıram, ancaq səfirliyi ziyarət […]

Ukrayna yük maşınları Azərbaycanda cərimələnib? – Gömrük Komitəsindən açıqlama

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ukraynada daimi qeydiyyatda olan yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən 800 ABŞ dolları məbləğində cərimə olunduğuna dair məlumatlar yayılıb. Həmin nəqliyyat vasitələrinin sürücüləri Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar səbəbilə Azərbaycanda müddətdən artıq qaldıqları üçün cərimə olunduqlarını iddia ediblər. Cumhuriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məsələyə Dövlət Gömrük […]

Bakıda torpaq sahələri BAHALAŞIB

Bakıda torpaq sahələri bahalaşıb. Cumhuriyyet-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, 2022-ci ilin mart ayı üzrə paytaxtda torpaq sahələrinin bir sotu üçün orta qiymət 21 199 manat olub. Mövcud qiymət əvvəlki ay ilə (2022-ci il, fevral) müqayisədə 7,2 faiz, 2021-ci ilin mart ayı ilə müqayisədə isə 2,3 faiz çoxdur. Bu da […]

DİM məktəbliləri niyə zombiləşdirir?

Dövlət İmtahan Mərkəzi bu gün açıqlama yayıb və 12-13 mart tarixlərində keçirilən imtahanların nəticələrinin gecikmə “səbəbini” öz aləmində izah edib. İzah isə budur: “Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir”. Əvvəla, 5-6 mart tarixində keçirilən imtahanların nəticələri 1 apreldə elan edilibsə, 12-13 mart tarixində – yəni bir həftə sonra baş tutan növbəti […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930