Yerevanda Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib – VİDEO

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib. Aksiyalardan biri Şenqavit inzibati rayonunda başlayıb. Nümayişçilərə “Ermənistan” müxalifət fraksiyasından parlamentin vitse-spikeri İşxan Saqatelyan başçılıq edib. Paytaxtın mərkəzindəki Azadlıq meydanından başlayan ikinci yürüşə isə müxalifətin “Şərəfim var” fraksiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan rəhbərlik edib. Şəhər polisindən verilən məlumata görə, […]

Prezident amerikalı diplomatları qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı […]

Quterreş Zelenski ilə görüşdü

BMT baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. “Hazırda onlar arasında görüş keçirilir”, – Podolyak deyib. Qeyd edək ki, bundan əvvəl Quterreş Rusiyada Rusiya xarici işlər naziri Sergey Lavrov və Prezident Vladimir Putinlə görüşüb.

“Bayraktar” daha bir ölkəyə SATILDI

Türkiyə Tacikistana “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) satıb. Cumhuriyyet.az xəbər verir ki, məlumatı Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev təsdiqləyib. Aprelin 27-də Qırğızıstan parlamentində keçirilən iclasda deputat Mirlan Samıykojo sosial şəbəkədə Türkiyənin Tacikistana “Bayraktar” tədarük etməsinə dair məlumatların yayıldığını qeyd edib və nazirdən informasiyanın dəqiqləşdirilməsini istəyib. Kulubayev Tacikistanın Türkiyədən PUA aldığını təsdiqləyib: “Bəli, bu həqiqətdir. […]

Nazarbayev imtiyazlarından məhrum edilir

Qazaxıstanda keçmiş prezident Nursultan Nazarbayevin imtiyazları haqqında qanunun ləğv edilməsi planlaşdırılır. Cumhuriyyet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin aşağı palatasının spikeri Yerlan Kaşanov bildirib. Qeyd edək ki, sabiq prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericilik düzəlişlərini Qazaxıstan parlamentinin məclisi həyata keçirib.

Prezident amerikalı diplomatları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı […]

Quterreş Ukraynaya səfər etdi

BMT-nin baş katibi Antoniu Quterreş Ukraynaya səfər edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, özünün tviter hesabında məlumat yayıb. “Biz humanitar yardımın genişləndirilməsi və mülki şəxslərin münaqişə zonalarından təxliyəsini təmin etmək üçün işimizi davam etdirəcəyik. Bu müharibə nə qədər tez başa çatsa, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır”, – deyə Quterreş […]

Baş Prokurorluqda daha bir təyinat

Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə yeni rəis təyin edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Tural Aslanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi təyin edilib. Kamran Əliyevin digər əmri ilə Rövşən Abdullayev Baş Prokurorluğun Maddi-texniki […]

Əli Əsədov Gürcüstanın XİN başçısı ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edilib. Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə […]

Bakıya yeni prokuror TƏYİN EDİLDİ

Bakı şəhərinə yeni prokuror təyin edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930