BMT Ukrayna ilə bağlı bəyanat qəbul etdi

BMT Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında Ukrayna ilə bağlı bəyanat qəbul edilib. Cumhuriyyet.az xəbər verir ki, bəyanatda Təhlükəsizlik Şurasının Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlığı ifadə olunub. Bəyanatda BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna böhranının həlli istiqamətində səylərinib dəstəkləndiyini bildirilib. “Təhlükəsizlik Şurası baş katibin sülh yolu ilə həll yolu tapmaq səylərinə […]

Bayden rusları vurmaq üçün 100 milyonluq silah göndərir

ABŞ Prezidenti Co Bayden yaxın günlərdə Ukrayna üçün 100 milyon dollar dəyərində yeni silah yardımına razılıq verəcək. Cumhuriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç ABŞ rəsmisinə istinadən məlumat yayıb. Mənbələr yeni silah paketində artilleriya sistemləri və bir çox yeni sursatların olacağını bildirib. Əlavə məlumat verilməyib.

Azərbaycanda qeyri-neft ixracı artıb

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 milyon ABŞ dolları təşkil edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb. Qurumun hazırladığı “İxrac icmalı”nın may sayına əsasən, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 268,6 milyon ABŞ dolları […]

Əfv Komissiyasının iclası keçirildi: 300 müraciətə BAXILDI

  Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Cumhuriyyet.az xəbər verir ki, toplantıda 100-dən çox müraciətə baxılıb. Bununla da baxılan müraciətlərin sayı 300-ü ötüb. Komissiyanın növbəti iclası mayın 14-də keçiriləcək.

Ukrayna və Rusiya arasında növbəti əsir MÜBADİLƏSİ

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşuk məluamt yayıb. O bildirib ki, 41 nəfər ukraynalı evlərinə qayıdıb. Onların 28-i hərbçi, 13-ü mülki şəxsdir. Qaytarılan şəxslərdən 11-i qadındır.

Küləkli hava neçə gün davam edəcək? – AÇIQLAMA

Türkiyənin cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. “Hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prosesi davam edir. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 m/s-dək güclənib”, – Xidmət rəisi deyib. U.Tağıyeva qeyd edib ki, yaxın […]

“Əsirlər öldürülsə…” – Zelenski Moskvaya xəbərdarlıq etdi

“Əsir götürülən mülki şəxslər və əsgərlər öldürülsə, Rusiya ilə danışıqları tamamilə dayandıra bilərik”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Chatnam House”un üzvləri ilə videokonfrans formatında keçirdiyi görüşdə deyib. “Əgər Rusiya onları öldürməyə davam edəcəksə, Moskva ilə diplomatik danışıqları davam etdirə bilmərik”, – deyə Prezident bildirib. Bundan əvvəl aprelin 16-da Prezident Zelenski Mariupolda […]

Müəllimlərin vakansiya seçimi başlayır – BU TARİXDƏ

10 may tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Cumhuriyyet.az-a verilən məlumata görə, müsabiqə qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və […]

Paşinyan istefaya gedir?

Ermənistan baş nazirinin ofisi Nikol Paşinyanın istefası ilə bağlı xəbərləri təkzib edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Yalan xəbər yayanlar baş nazirin istefasını görməyəcəklər. Ermənistan vətəndaşları cəmi bir il əvvəl öz seçimini edib. Hər il istefa və növbədənkənar seçki tələb etmək absurddur”,- rəsmi açıqlamada deyilir. Qeyd edək ki, mayın 2-dən […]

Azərbaycanda ekoloji polis niyə yoxdur? – RƏSMİ CAVAB

“Azərbaycanda ekoloji polis anlayışı yoxdur”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova “Ekspert saatı”nda vətəndaşların suallarını cavablandırarkən deyib. Nazirlik rəsmisi qeyd edib ki, ekologiya bütün insanların ictimai həyatını əhatə edən sahədir. “Bu məsələdə ictimai nəzarət olmalıdır. Ekoloji polisin mahiyyəti xəbərdarlıq etmə, cəzalandırma və maarifləndirmədirsə, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031