Rusiya Ukraynanın Aİ-yə də qoşulmasını İSTƏMİR

Kiyevin Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi ilə bağlı Rusiyanın mövqeyi dəyişib. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski deyib. O qeyd edib ki, Rusiya Ukraynanın bu təşkilata üzv olmasına da qarşıdır. “İndi bizim bu məsələ ilə bağlı mövqeyimiz Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyimiz ilə oxşardır”, – deyə Polyanski […]

Şərqi Asiyada GƏRGİNLİK: Ballistik raketlər atdı

Şimali Koreya bu gün Yapon dənizinə doğru üç ballistik raket buraxıb. Cumhuriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri məlumat yayıb. Məlumata görə, Cənubi Koreya ordusu Şimali Koreyanın Pxenyandakı Sunan bölgəsindən Yapon dənizinə doğru atdığı üç qısa mənzilli ballistik raket buraxdığını aşkar edib. Hadisə ilə bağlı Yaponiya hökuməti […]

Türkiyə ərazisi ATƏŞƏ TUTULDU

Türkiyə ərazisi Suriya tərəfdən atəşə tutulub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Qaziantep əyalətinin Karkamış rayonunda Suriya ilə sərhəddə yerləşən Köprübaşı sərhəd məntəqəsinə minaatanla hücum edilib. Zərbələr nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralanıb.

DTX rəisi Türkiyə rəsmisi ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Cumhuriyyet.az DTX-nin İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qonağı səmimi salamlayan general-polkovnik Əli Nağıyev dövlət başçılarının birgə səyləri ilə iki qardaş və tərəfdaş ölkə arasında […]

Nazirlər Şamaxıda görüşəcək – Vaxt açıqlandı

23-24 may tarixlərində Şamaxıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib. İclasda nazirlər turizm sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Bundan əlavə, mayın 26-27-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin informasiya və yüksək texnologiyalar nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Bakıda dünya çempionatı keçiriləcək – İLK DƏFƏ

Taekvondo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Qərara əsasən, Bakı 2023-cü ildəki nüfuzlu yarışa ev sahibliyi edəcək. Mundialın dəqiq tarixi yaxın vaxtlarda məlum olacaq. Azərbaycan paytaxtındakı dünya çempionatı WTF-nin yaradılmasının 50-ci ildönümünə təsadüf edəcəyindən xüsusi əhəmiyyət daşıyacaq.

Gömrük rüsumlarının dərəcələrində dəyişiklik

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib. Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

XİN başçıları arasında üçtərəfli görüş keçirildi – YENİLƏNİB

Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə […]

Zakir Həsənov Türkiyə rəsmisi ilə GÖRÜŞDÜ

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi cənab Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan müdafiə naziri dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi […]

Orxan Fikrətoğlu vəzifəyə TƏYİN OLUNDU

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib. Cumhuriyyet.az xəbər verir ki, bu vəzifəyə tanınmış yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu təyin olunub. Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva saytımıza açıqlamasında təyinatı təsdiqləyib: “Aprelin 11-dən etibarən Milli Kulinariya Mərkəzinin rəhbəri Sadıqov Orxan Fikrət oğludur”. Tahir Əmiraslanov isə Modern.az-a açıqlamasında […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031