Bu dövlətlərin NATO-ya üzvlük qapılarını bağlamırıq – KALIN

“Biz İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı qapıları bağlamırıq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Reuters”ə müsahibəsində deyib. O qeyd edib ki, Ankara bu məsələni Türkiyənin milli təhlükəsizliyi kimi gündəmə gətirir. Kalının sözlərinə görə, ABŞ, Türkiyə və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan PKK Avropada maliyyə dəstəyi […]

Ərdoğandan İlham Əliyevə hədiyyə – VİDEO

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir. Cumhuriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevə açılışdan sonra hədiyyə verib. Həmin görüntüləri təqdim edirik:

Lavrov Qərbi hibrid müharibəsində ittiham etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, istisnasız olaraq hamı Qərbin Rusiyaya qarşı elan etdiyi hibrid müharibənin nəticələrini hiss edəcək. Cumhuriyyet.az “İnterfaks”a istinadən xəbər verir ki, Lavrov Rusiyanın sanksiyalardan çəkinmədiyini vurğulayıb. “Kollektiv Qərb bizə qarşı total, hibrid müharibə elan etdi və bunun nə qədər davam edəcəyini təxmin etmək çətindir, lakin bunun nəticələrini istisnasız olaraq […]

“Əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir” – Prezident

Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz […]

DİN aksiya ilə bağlı məlumat yaydı – YENİLƏNİB

Daxili İşlər Nazirliyi aksiya ilə bağlı rəsmi məlumat yayıb. Cumhuriyyet.az xəbər verir ki, DİN-in məlumatında deyilir: “Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”. *** Bu gün bir qrup ictimai-siyasi fəal Fəvvarələr meydanında etiraz aksiyası keçirib. Cumhuriyyet.az-ın […]

İlham Əliyev Ərdoğanla Rizedə görüşdü

Mayın 14-də Türkiyənin Rize şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xəbər yenilənəcək.

Ukrayna ordusu Xarkovda əks-hücuma keçdi

Ukrayna ordusu İzyum istiqamətində əks-hücuma keçib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov “Facebook” hesabında məlumat paylaşıb. “İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalır. Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başlayıb, düşmən bəzi istiqamətlərdə geri çəkilir. Bu, Silahlı Qüvvələrimizin əzminin nəticəsidir. Biz qalib gələcəyik”, – deyə Sinequbov bildirib. Qeyd edək ki, […]

“Xarıbülbül” festivalı başa çatdı – FOTO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mayın 14-də başa çatıb. Cumhuriyyet.az xəbər verir ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuşdur. […]

İlham Əliyevin Türkiyəyə səfəri başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib. Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək. Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.  

Kəlbəcər yenə atəşə tutuldu

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Müdafiə Nazirliyindən Cumhuriyyet.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Qurumdan bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031