Paşinyan Putinlə Qarabağdan DANIŞDI

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüş Kremldə baş tutub. Paşinyan KTMT-yə üzv ölkələrin liderlərinin sammitinə iştirak etmək üçün Moksvaya səfər edib. Görüş zamanı regional problemlər, o cümlədən Qarabağ məsələsi və iqtisadi mövzular müzakirə edilib.

Bakıda hamilə qadın avtobusda döyülüb

Bakının Suraxanı rayonunda qadın baldızı tərəfindən döyülüb. Cumhuriyyet.az xəbər verir ki, hadisə Suraxanı qəsəbəsi ərazisində baş verib. 184 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusda 1993-cü il təvəllüdlü Məmmədova Həcər Fərrux qızı baldızı ilə mübahisə edib. Mübahisə zamanı baldızı onun hər iki qolunu dişləyib. Daha sonra zərbələr endirib. Yaralı hər iki saitin cırılmış yarası və […]

Fransada yeni Baş nazir təyin edildi

Fransa Prezidenti Emmanuel Makron Elizabet Borni ölkənin yeni Baş naziri təyin edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb. Makron ona yeni hökuməti qurmağı tapşırıb.

İker Kasilyasla Raul Qonsales Azərbaycana gəlir-SƏBƏB?

İspaniya yığmasının və Madrid “Real”ının əfsanəvi futbolçuları – Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə jurnalist, təşkilatçı Ağa Dadaşzadə şəxsi feysbuk hesabında paylaşım edib. Səfərin səbəbi barədə Offsideplus.az-a verən Dadaşzadə ispanların ölkəmizə istirahət məqsədi ilə gələcəyini bildirib: “İker Kasilyasla Raul Qonsales azərbaycanlı iş adamı tərəfindən ölkəmizə dəvət […]

Finlandiya və İsveçin NATO üzvlüyünə razı olmayacağıq – ƏRDOĞAN

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, iki ölkə terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib. “Bu iki ölkənin NATO-ya üzv olmasına […]

Azərbaycan və Türkiyə parlament sədrləri görüşdü

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.   Milli Məclisdən Cumhuriyyet.az-a verilən məlumata görə, Sahibə Qafarova qonağı səmimi salamlayaraq, Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.   Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin […]

Özəbistan Qarabağ zəfərini yüksək dəyərləndirir

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən Cumhuriyyet.az-a verilən məlumata görə, parlamentin sədri qonaqları səmimi salamlayaraq, bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Spiker bildirib ki, ali […]

Putin Lukaşenko ilə görüşdü

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya səfər edib. Cumhuriyyet.az BelTA-ya istinadən xəbər verir ki, o, burada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər arasında görüş Kreml sarayında keçirilir.

İran parlamentinin vitse-spikeri Azərbaycana GƏLDİ

Mayın 16-da İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.   Cumhuriyyet.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İranın parlament nümayəndə heyətini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri […]

İrəvanda 91 nəfər SAXLANILDI

İrəvanda müxalifətin Ermənistan Baş naziri Nikol Paşinyanın əleyhinə keçirilən aksiya zamanı 91 nəfər saxlanılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb. Nümayişlər İrəvanın müxtəlif küçələrində təşkil edilib. Etirazçılar küçələri bloklayaraq nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar. Aksiyalar bir aya yaxındır davam edir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031