Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb. Bu barədə Cumhuriyyet.az-a XİN-dən məlumat verilib. C.Bayramov Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, Baş katib ilə bundan öncə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadilələrinə istinad edərək təşkilatın Aşqabad Zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının vacibliyini […]

Paşinyan Putinin adını çəkəndə dili dolaşdı – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən iclasındakı çıxışı gülüş hədəfinə çevrilib. Cumhuriyyet.az xəbər verir ki, Paşinyan çıxışında Rusiya Prezidentinin adını çəkərkən dili dolaşıb, Vladimir adını düzgün ifadə edə bilməyib. Ermənistan baş nazirinin tədbirdə lentə alınan videosu sosial şəbəkələrdə gündəm olub. Həmin görüntüləri təqdim edirik:

Putin MDB-yə yeni status verməyi TƏKLİF ETDİ

Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsini təklif edib. Cumhuriyyet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vladimir Putin KTMT ölkələri liderlərinin görüşündəki çıxışında belə bir təklif irəli sürüb. “Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyindən olan tərəfdaşlarımızla əməkdaşlığı genişləndirmək lazımdır. Bizə elə gəlir ki, bu, məqsədəuyğun […]

700-ə yaxın şagirdin qiyməti DƏYİŞDİRİLDİ

Martın 5-6-da keçirilən buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 5 935 şagird ərizə ilə müraciət edib. Dövlət İmtahan Mərkəzindən Cumhuriyyet.az-a verilən məlumata görə, 427 nəfər öz ərziəsini təsdiq etməsə də, onların da müraciətləri araşdırılıb və müvafiq qərarlar verilib. Apellyasiya komissiyasına daxil olan ərizələrdə ümumilikdə 23 304 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün […]

Zəngilan hava limanına və Ağalı kəndinə elektrik xətti çəkilir – VİDEO

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Zəngilan rayonu ərazisində də “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılır. Cumhuriyyet.az xəbər verir ki, rayonun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilir. Həyata keçirilən digər böyük layihə […]

Fərəc Quliyev Prezident Administrasiyasına ÇAĞRILDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan siyasi dialoq prosesi çərçivəsində siyasi partiya rəhbərləri ilə təşkil olunan görüş və diskussiyalar davam etdirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin növbəti görüşü mayın 16-da Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ilə keçirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və […]

İsrailli nazir Azərbaycana gəlir

İsrailin kənd təsərrüfatı naziri Oded Forer bu həftə Azərbaycana səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində israilli nazirin azərbaycanlı həmkarı İnam Kərimov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşləri planlaşdırılır. Bundan başqa, Azərbaycan-İsrail bzines forumunun keçirilməsi nəzərdə tutulur. O.Forerin nümayəndə heyəti ilə birgə kənd təsərrüfatı […]

“Kontakt Home”la bağlı araşdırma başladı

Dünyada baş verən iqtisadi proseslərin fonunda qeyri-ərzaq məhsullarının qiymətində dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün tədbirləri davam etdirir. Qurumdan Cumhuriyyet.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə zəruri sənəd […]

Mustafa Şentop Azərbaycanda səfərdədir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycan Respublikasına səfərə gəlib. Cumhuriyyet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu Milli […]

Əhali 4 ayda 14 milyard XƏRCLƏYİB

2022-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,9 milyard manatlıq, o cümlədən 7,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Dövlət Statistika Komitəsindən (DSK) Cumhuriyyet.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031