“Məndən 500 milyon manat tələb edirdilər” – MTN məhkəməsi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi məhkəmə prosesi davam etdirilib. Cumhuriyyet.az “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq növbəti dəfə mətbuat nümayəndələrinin məhkəmə prosesində iştirakına imkan verməyib. […]

Ukrayna Rusiya ilə danışıqları niyə dayandırıb?

Həqiqətən, Rusiya ilə danışıqlar prosesinə fasilə verilib.   Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.   O qeyd edib ki, bunun səbəblərindən biri Rusiyanın hazırda dünyada baş verən prosesləri başa düşməməsidir.   “Rusiya stereotipik düşüncə nümayiş etdirir. İkincisi, Rusiya başa düşmür ki, heç bir mənada müharibə artıq Rusiyanın qaydaları, […]

Əlilliyin müəyyən olunmasının yeni MEYARLARI

Əlilliyin müəyyən edilməsinə dair yeni meyarlar təsdiqlənib.   Cumhuriyyet.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.   Qərara əsasən, əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair yeni meyarlar təsdiq olunub.   “Əlilliyin müəyyən olunması meyarları” 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Makron və Bennet Ukrayna barədə razılığa gəldi

Fransa Prezidenti Emmanuel Makron və İsrail Baş naziri Naftali Bennet arasında telefon danışığı olub.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.   Telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.   “Tərəflər Ukraynada atəşkəsə nail olmaq üçün səyləri əlaqələndirməyə davam etmək, bu ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı danışıqlar aparmaq barədə […]

Ərdoğan “yox” dedi, Almaniya hərəkətə keçdi

Almaniya kansleri Olaf Şols Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı açıqlama verib.   Cumhuriyyet.az xəbər verir ki, kanslerin sözlərinə görə, Almaniya İsveç və Finlandiya ilə hərbi əlaqələrini gücləndirəcək.   “İnanıram ki, Türkiyə də İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləyəcək. Bu iki ölkənin NATO-ya çox tez qoşulması üçün prosesi sürətləndirəcəyik”, – Şols deyib.   […]

Putin bu generalları sərt şəkildə CƏZALANDIRDI – SİYAHI

Kreml Ukraynadakı məğlubiyyətlərə görə Rusiya Silahlı Qüvvələrinin komandirlərini açıq şəkildə cəzalandırmağa başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumatda deyilir ki, “Rusiya-Ukrayna müharibəsi zamanı işğalçılar heç bir strateji vəzifəni yerinə yetirə bilməyiblər. Nəticədə Rusiya Ordusunda kütləvi ixtisarlar başlayıb”. Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiya qoşunlarının “məğlubedilməz və […]

Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 23-24 aprel 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. Bu barədə Cumhuriyyet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi (şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan […]

Ən yüksək maaşı onlar alır – 3605 manat

2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809,0 manat təşkil edib.   Dövlət Statistika Komitəsindən (DSK) Cumhuriyyet.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3605,8 manat, qeyri neft-qaz sektorunda 754,8 manat təşkil edib.   Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 754,8 manat, özəl […]

Əliyev, Putin və Paşinyan yenidən görüşə bilər

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirilə bilər. Cumhuriyyet.az xəbər verir ki, Andrey Rudenko belə bir görüşün olacağını istisna etməsə də, tarix göstərməyib. “Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il […]

Ərdoğan BƏƏ-nin yeni prezidenti ilə görüşdü

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) keçmiş prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar Əbu-Dabiyə gedib. Cumhuriyyet.az xəbər verir ki, Ərdoğan başsağlığı səfəri çərçivəsində BƏƏ-nin yeni prezidenti və Əbu-Dabi əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031