ATƏT Azərbaycan torpaqlarının işğalını tanıyıb – TBMM sədri

“Bəzi təşkilatlar, o cümlədən ATƏT Azərbaycan torpaqlarının işğalını tanıyıb”.   Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Milli Məclisdə keçirilən üçüncü ümumi konfransında deyib.   TBMM sədri qeyd edib ki, ötən müddət ərzində ATƏT-in Minsk qrupu həmsədrlik missiyasını üzərinə götürsə də, münaqişəni həll edə bilməyib: […]

Şərqi Zəngəzurda yeni şəhərlər inşa edilir – Spiker

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması ilə azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri başlayıb.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.   Spiker bildirib ki, işğal dövründə Ermənistan Azərbaycanın kənd və qəsəbələrini dağıdıb, abidələri məhv edib:   “Azərbaycan ötən […]

Partiya sədri Prezident Administrasiyasına çağırıldı

Mayın 17-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ilə görüşüb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən Cumhuriyyet.az-a bildirilib ki, görüşdə son illər ölkədə aparılan məqsədyönlü islahatlar, bu islahatların ölkəmizin güclənməsinə, insanlarımızın […]

Azərbaycan nümayəndə heyəti İrana gedir

Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, nümayəndə heyətinə Energetika, Yüksək Texnologiyalar və Nəqliyyat, Xarici İşlər nazirlikləri, Gömrük Komitəsi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və digər qurumların məsul vəzifəli nümayəndələri daxildir. Səfər çərçivəsində nümayəndə heyətinin İranın Yol və Şəhərsalma Nazirliyi, Xarici İşlər […]

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanında kadr dəyişikliyi olub. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Samir Quliyev Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Əlahiddə Yol Patrul xidməti bölüyünün inspektoru vəzifəsindən azad olunaraq Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin […]

Zelenski Şoltsla danışdı – Ukrayna yardım gözləyir

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Zelenski “Twitter“ hesabında paylaşım edib. “Biz Almaniyanın dəstəyini, o cümlədən müdafiəni yüksək qiymətləndiririk. Ukraynanın Aİ-yə tam üzvlük yolunda Almaniyanın gələcək yardımını gözləyirik”, – Zelenski qeyd edib. Telefon söhbəti zamanı Ukrayna və Almaniya liderləri cəbhədəki vəziyyəti, Rusiyaya […]

Putin müharibədən sonra ilk dəfə SƏFƏRƏ ÇIXIR

Rusiya Prezidenti Vladimir Putin bu ay Qırğızıstana rəsmi səfər edəcək.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.   Bildirilib ki, Prezident Putin Bişkekdə keçiriləcək Avrasiya İqtisadi Forumunda iştirak edəcək. Bu, Rusiya liderinin Ukrayna müharibəsindən sonra ilk xarici səfəri olacaq.

Qərbdə media azadlığı və demokratiya yoxdur – Kreml

“Qərbdə media azadlığına gəlincə, bu, yəqin ki, onlar üçün efemer anlayışdır. Mən tam məsuliyyətlə bəyan edirəm ki, kollektiv Qərbdə və onların mediasında media azadlığı ideal konsepsiyada mövcud deyil, ideal demokratiya yoxdur”.   Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Üfüqlər” təhsil marafonunda sualları cavablandırarkən deyib.   Rusiya rəsmisi […]

Eldar Əzizov yeni şöbə müdiri TƏYİN ETDİ

Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni müdir təyin olunub.   Cumhuriyyet.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə müvafiq əmr imzalayıb.   Əmrə əsasən, Anar Tağıyev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri […]

İrəvanda saxlanılan etirazçıların sayı 400-ü keçib – YENİLƏNİB

Ermənistan müxalifətinin İrəvan küçələrində keçirdiyi aksiyalar zamanı saxlanılanların sayı 414 nəfərə çatıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. 11:31 Bu gün İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılan vətəndaşların sayı 286 nəfərə çatıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, hazırda saxlanılan etirazçıların sayı dəqiqləşdirilir. Rəqəmlərin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031