Ukrayna MDB-nin sazişlərindən çıxdı

Ukrayna Müstəqil Dövlətlər Birliyinin (MDB) bir sıra sazişlərindən çıxıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün Telegram kanalında məlumat verib. Bildirib ki, deputatlar 287 səslə Ukraynanın “Qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq haqqında” sazişdən, 274 səslə isə “Böyük Vətən müharibəsində MDB iştirakçısı olan dövlətlərin xalqlarının şücaət və qəhrəmanlıq xatirəsinin əbədiləşdirilməsi haqqında” […]

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.   Qeyd olunub ki, səbəb səfirin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldakı mitinqindən əvvəl ABŞ vətəndaşlarına edilən xəbərdarlıqdır.

İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü başlayıb – FOTO

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb. Cumhuriyyet.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib. Xəbər yenilənəcək.

Əməkdar artist dünyasını dəyişdi

Rusiyanın Əməkdar artisti Natalya Veliçko vəfat edib. Cumhuriyyet.az xəbər verir ki, aktrisa 81 yaşında dünyasını dəyişib. N.Veliçko uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, aktrisa “Sakitlik”, “İlk qar”, Nikolay Bauman”, “Qılınc və qalxan”, “İnsana nə lazımdır”, “Əfsanə belə başladı”, “Qızıl toy” kimi məşhur filmlərdə rol alıb.

Paşinyan da Brüsselə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Brüsselə işgüzar səfər edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.   Baş nazirin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə ayrıca söhbəti olacaq.   Bu gün Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin […]

Qəbul testlərinin doğru cavablarını belə ÖYRƏNİN!

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirilib.   Cumhuriyyet.az xəbər verir ki, imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın […]

6 nəfər telefona görə imtahana buraxılmayıb

Bugünkü imtahanda altı nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bir nəfərdə isə “ağıllı” saat aşkarlanıb.   Bu barədə Cumhuriyyet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.   Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər […]

DİM bugünkü imtahanlarla bağlı məlumat YAYDI

Mayın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.   DİM-dən Cumhuriyyet.az-a bildirilib ki, 17 şəhər və rayonda təşkil olunmuş imtahan üçün 98 imtahan binası, 1715 imtahan zalı ayrılıb. İmtahanların idarə […]

Prezident İlham Əliyev Brüsselə səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib. Cumhuriyyet.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Ceyhun Bayramovdan Türkiyəyə BAŞSAĞLIĞI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.   Cumhuriyyet.az xəbər verir ki, nazir bununla bağlı “Twitter“ hesabında paylaşım edib.   “Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031