Zurabişvili İlham Əliyevə məktub YAZDI

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az-ın xəbərinə görə, məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. 1918-ci il ölkələrimiz üçün xüsusi tarixdir. Belə ki, 104 il əvvəl Gürcüstan və Azərbaycan eyni vaxtda müstəqillik əldə […]

“Bunun nəticəsində düşməni diz çökdürdük” – Prezident

1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.   “Nə XX […]

Hərbçilərin sığortası ilə bağlı qanun qəbul olundu

Azərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşir. Cumhuriyyet.az-ın xəbərinə görə, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları və işçiləri, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçiləri və “Dövlət sirri […]

“ASAN xidmət” bu tarixdə işləməyəcək

“ASAN xidmət” vətəndaşlara müraciət edib. Xidmətdən Cumhuriyyet.az-a verilən məlumata görə, 28 May – Müstəqillik Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür. Mayın 29-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Qeyd edək ki, “ASAN kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Qalmaqallı qanun layihəsi birinci oxunuşda qəbul edildi

Bu gün Milli Məclisin iclasında Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli Məclisə daxil olan “Ələt Azad İqtisadi Zonası haqqında qanun”a dəyişikliklər layihəsi müzakirə olunub. Cumhuriyyet.az-ın məlumatına görə, yeni qanun layihəsi, bir çox məsələlərdə dəyişiklik edilməsini nəzərdə tutaraq azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradacaq və eyni zamanda yerli sahibkarların rəqabətqabiliyyətinin artmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi […]

Prezident Zəngilanda “Ağıllı kənd”in açılışını etdi

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar. Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.

Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin ilə Qarabağ nizamlanmasını müzakirə edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Baş nazir son illər Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin dinamik olduğunu qeyd edib və əlavə edib ki, bunda Rusiya səfirliyinin rolu böyükdür. Paşinyan həmçinin, Qarabağ münaqişəsinin həllində ATƏT-in […]

İmperatordan İlham Əliyevə TƏBRİK

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə xoşbəxtlik və xalqınıza rifah arzularımı bildirməkdən böyük məmnunluq duyuram”.

Əlillik meyarları yenidən DƏYİŞƏCƏK

Gələcəkdə əlillik meyarlarının faiz dərəcələrində dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq. Cumhuriyyet.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib. “Bu məqsədlə yaxın vaxtlarda meyarlara yenidən baxılacaq”, – nazirlik rəsmisi əlavə edib.

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031