Putin: Qərb özünü tələyə saldı

Rusiya prezidenti Vladimir Putin deyib ki, kollektiv Qərb özünü tələyə salıb, çünki o, qlobal dominantlığını zəiflətməyə kömək edəcək tendensiyaları qabaqcadan görə bilməyib. Cumhuriyyet.az xəbər verir ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin qərargahında qeyri-leqal kəşfiyyatın 100 illik yubileyi münasibətilə çıxış edən Putin qeyd edib ki, xidmətin prioriteti beynəlxalq proseslərin inkişafının strateji proqnozlaşdırılmasıdır. “Kollektiv Qərb özünü tələyə […]

6 ayda 28 min nikah bağlanıb – RƏSMİ

Bu ilin altı ayı ərzində Azərbaycanda bağlanmış nikahların sayı 20 faizdən çox artaraq 28 minə çatıb. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Qeyd olunub ki, bu ilin ötən dövründə boşanmanın sayı 11 faiz azalıb. Eyni zamanda, qeydə alınmış doğumun sayı artaraq 60 minə yaxın olub. Ölüm isə 15 faizədək enib.

Ukraynada savaş tezliklə bitməyəcək – Bayden

“Ukraynadakı savaşın tezliklə bitəcəyi gözlənilmir”. Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib. “Amma nə vaxtsa bitəcək. Ukraynaya dəstəyi davam etdiririk. Ölkəyə 800 milyon dolarllıq dəstəyimiz olacaq. Bura müxtəlif silahlar daxildir. Biz ukraynalıların fiziki təhlükəsizliyini təmin etməyə çalışmalıyıq”, – ABŞ lideri bildirib.

Zelenskinin mesajını Putinə çatdıran prezident danışdı

İndoneziya prezidenti Coko Vidodo Rusiya prezidenti Vladimir Putinə ukraynalı həmkarı Vladimir Zelenskinin mesajını çatdırdığını bildirib. Cumhuriyyet.az xəbər verir ki, Coko Vidodo Moskvaya səfəri ərəfəsində Kiyevdə olub və orada Ukrayna prezidenti ilə görüşüb. “Mən prezident Zelenskinin mesajını prezident Putinə çatdırdım və iki lider arasında əlaqə yaratmağa hazır olduğumu bildirdim”, – Vidodo bildirib. Oyunun 30-da Moskvada Coko […]

Türkiyə lideri: “Putinlə daim təmasdayam”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə daimi təmasda olduğunu bildirib. Cumhuriyyet.az xəbər verir ki, Ərdoğan bu barədə NATO sammitindən sonra keçirilən mətbuat konfransında danışıb. “Mən Vladimir Putinlə daim təmasdayam. Tezliklə atəşkəs üçün bütün diplomatik səyləri göstərmək lazımdır”, – Türkiyə lideri vurğulayıb.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi – ADLAR

Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluqdan Cumhuriyyet.az-a bildirilib ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Müşviq […]

Ukrayna Suriya ilə diplomatik əlaqələri KƏSDİ

Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Ukrayna Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyini” tanımasını qətiyyətlə pisləyir. Biz bu qərarı Ukraynaya qarşı qeyri-dost hərəkət, onun suverenliyinə və ərazi bütövlüyünə qəsd, Ukrayna qanunvericiliyinin, BMT Nizamnaməsinin və beynəlxalq […]

3 hakimin səlahiyyətinə vaxtından əvvəl XİTAM VERİLDİ

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sərəncama əsasən aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib: Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mustafayev Nofəl Qara […]

“Bizə qarşı şantaj kampaniyasına başladılar” – Prezident

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda çıxış edib. Prezident İlham Əliyevin çıxışı: -Hörmətli xanımlar və cənablar. Hörmətli qonaqlar. Azərbaycana xoş […]

Çoxuşaqlı ailələr üçün ictimai nəqliyyat PULSUZ oldu

Rusiyanın paytaxtı Moskva şəhərində çoxuşaqlı ailələr – həm valideynlər, həm də onların 18 yaşına çatmamış uşaqları ictimai nəqliyyatdan pulsuz istifadə biləcəklər. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Moskva meri Sergey Sobyanin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov qərar imzalayıblar. Qərara əsasən, çoxuşaqlı ailələr Moskva şəhərində və Moskva vilayətində ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər. Qeyd […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930