Kanadadan İlham Əliyevə məktub GÖNDƏRİLDİ

Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Cumhuriyyet.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə bütün kanadalılar adından Sizi və Azərbaycan xalqını təbrik edirəm. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün yaxınlaşdığı bir vaxtda Kanada Azərbaycanla əlaqələrin genişlənməsindən məmnundur. Xalqlarımızın möhkəm əlaqələrinə və fəal […]

Pele Putinə müraciət etdi: İşğalı dayandır!

Məşhur futbolçu Pele Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Ukraynadakı münaqişəni dayandırmağa çağırıb. Cumhuriyyet.az xəbər verir ki, o, müraciətini “Instagram” sosial media hesabında paylaşıb. “İşğalı dayandırın. Davam edən zorakılığa qətiyyən bəraət qazandırmaq olmaz”, – deyə keçmiş braziliyalı futbolçu yazıb. Xərçəng xəstəliyindən müalicə olunan 81 yaşlı Pele mesajını Ukraynanın pley-offda Şotlandiyanı 3:1 hesabı ilə məğlub etdiyi […]

Rafael Cəbrayılovun cinayət işinə xitam verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   Cumhuriyyet.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.   Hökmə əsasən, təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyi elan olunub.   Rafael Cəbrayılov vəfat etdiyi üçün ona cəza təyin […]

Daha 7 nəfər koronavirusa YOLUXDU

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 785 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 019 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 53 nəfər aktiv xəstə sayını […]

Qətər Əmiri İlham Əliyevi təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Cumhuriyyet.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı və təbriklərimi, ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və səadət, […]

Qriqoryan Ermənistan-Azərbaycan sərhədininin delimitasiyasından danışdı

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyada tərəflərin nümayəndələrinin sayı ciddi rol oynamır. Cumhuriyyet.az xəbər verir ki, bu fikri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Nə üçün Ermənistan tərəfdən Azərbaycan tərəfdən olan nümayəndələrdən iki dəfə azdır” sualına cavab verərkən deyib. Qriqoryanın qeyd etdiyi kimi, komissiya üzvləri mütəxəssislərlə müxtəlif formatlarda məsələləri müzakirə edirlər. O, İrəvandakı brifinqdə […]

Türkiyədən terrorçulara növbəti ZƏRBƏ

Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, terrorçular Suriya ərazisindəki “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə zərərsizləşdirilib. Onların Türkiyə ordusunun hərbçilərinə qarşı təxribat törətdikləri qeyd olunub.

“Dost Azərbaycan xalqına rifah arzulayıram” – Prezident

Benin Respublikasının Prezidenti Patris Talon Prezident İlham Əliyevə təbrik ünvanlayıb.   Cumhuriyyet.az xəbər verir ki, təbrik məktubunda deyilir:   “Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Benin hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.   Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan […]

Rusiya Ukrayna ərazisinin 20%-ni işğal edib

Rusiya ordusu Ukrayna ərazisinin 20%-nə nəzarət edir. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O deyib ki, Ukrayna Silahlı Qüvvələri bu günə qədər 1017 yaşayış məntəqəsini ruslardan azad edib. “Rusiya qoşunları Ukraynanın 3620 yaşayış məntəqəsinə daxil olub. Bunlardan 1017-si azad edilib. Hazırda ərazimizin təxminən 20%-i işğalçıların nəzarəti altındadır”, – […]

Rusiya 200 min uşağı deportasiya edib – ZELENSKİ

Müharibə başlayandan Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib. Cumhuriyyet.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Zelenski qeyd edib ki, bunlar körpələr evində olan, valideynlərini itirmiş və ya valideynlərindən uzaq düşmüş uşaqlardır: “Moskva deportasiya etdiyi ukraynalıları Rusiyanın ucqar bölgələrində məskunlaşdıraraq onlara Ukrayna ilə əlaqələrini unutdurmağa çalışır. Müharibə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930