Ermənistanın mobil operatoru Qarabağda işləməyəcək

Ermənistanın ən böyük mobil operatoru “Viva-MTS” Qarabağdakı ermənilər üçün xidməti dayandırıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. “İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər. Rouminq xidmətinin tarifləri barədə əlavə məlumat veriləcək”, – şirkətdən bildirilib.

Ceyhun Bayramov Qebreyesus ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 9-cu Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ilə görüşüb. Bu barədə Cumhuriyyet.az-a Xarici İşlər Nazirliyindən (XİN) xəbər verilib. Tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər. Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib; bu […]

Zəngilana qayıdış başlanır – Püşkatma keçirildi, 41 ailə yeni evlərə köçəcək

Yaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq insanların ilk köçürülməsi olacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Amerikanın Səsi”nə müsahibəsində bildirib: “Artıq ilk köçürülmə ilə bağlı püşkatma tədbiri də olub. Yaxın günlərdə ilk məcburi köçkün ailələri daimi məskunlamaq üçün Zəngilan rayonunda yeni salınmış […]

“Bu qala bizim qala” – Şuşaya həsr olunmuş film hazırlandı – VİDEO

Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşaya həsr edilən sənədli film ərsəyə gəlib. Şuşa şəhərinin əsasının qoyulmasının 270 illliyi ərəfəsində Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2022-ci il tarixli sərəncamıyla 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan edib. Cumhuriyyet.az xəbər verir ki, “Bakı Vaxtı Xəbər […]

“Azərbaycan hesabat verən yeganə ölkədir” – Tatyana Valovaya

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər edən BMT rəsmisini salamlayıb və cari ilin, Azərbaycanın BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi əhəmiyyət kəsb etdiyini […]

Blinkenin köməkçisi Zəngəzur dəhlizindən DANIŞDI

“ABŞ Azərbaycanda demokratiyanın etibarlı dayağıdır və regionda sülhün inkişafı üçün yaxşı imkanlar görür”.   Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid brifinqdə deyib.   “Azərbaycan və Ermənistan arasında sülhə nail olmağın müxtəlif yolları var. Zəngəzur dəhlizi belə imkanlardan biridir”, – Donfrid bildirib.   Onun sözlərinə görə, […]

“Niyə istefa verməliyəm, işgəncələrin qarşısını mən almışam” – Xanlar Vəliyev

“Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”. Cumhuriyyet.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında hərbi prokuror Xanlar Vəliyev “Tərtər cinayəti” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində söyləyib. Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən […]

“İlham Əliyevin yanaşması sülhə yönəlib” – ABŞ rəsmisi

Bu mənim Azərbaycana ilk səfərimdir. Şəhərlə tanış oldum, küləkli gözəl şəhərinizdə yaxşı zaman keçirdim. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib. O xatırladıb ki, səfəri həm də ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə təsadüf edir. Karen Donfridin sözlərinə görə, Azərbaycanda demokratiyanı, müstəqilliyi […]

İlkin Süleymanovun məhkəməsi təxirə SALINDI

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Prosesdə Nərmin Quliyevanın nənəsi Minayə İsmayılovanın istintaqa […]

Maduro Azərbaycana GƏLDİ

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Cumhuriyyet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Venesuela Prezidentini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930