İlham Əliyevin Bakı Forumundakı çıxışının TAM MƏTNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Əvvəlcə xatirə fotosu çəkdirildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin IX Qlobal Bakı […]

Paşinyan köməkçisini baş prokuror vəzifəsinə gətirir

Ermənistand hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası baş prokuror vəzifəsinə Anna Vardapetyanın namizədliyini irəli sürüb. Cumhuriyyet.az xəbər verir ki, bunu iyunun 16-da Ermənistan parlamentində “Mülki müqavilə” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryan bildirib. Anna Vardapetyan hazırda baş nazir Nikol Paşinyanın köməkçisi postunu tutur. Ermənistanda baş prokuror, o cümlədən ədliyyə orqanlarının bəzi vəzifəli şəxsləri parlament tərəfindən […]

Binəli Yıldırım İlham Əliyevə qılınc hədiyyə etdi – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib. Cumhuriyyet.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Binəli Yıldırım Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq Forumun […]

Səhiyyə işçiləri təltif olundular – SİYAHI

Prezident İlham Əliyev səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cumhuriyyet.az-ın xəbərinə görə, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:   Abdulkərimov Vüqar Rəsul oğlu Abdurahmanov Mehrab Nəhməd oğlu Ağayev Səyavuş Əhliman oğlu Camalov Ağaseyid Səbhan oğlu Əliyeva Nailə Həsən qızı Əliyeva Sevil Məmmədqulu qızı […]

Prezident NATO yanındakı nümayəndəni geri çağırdı

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmməd oğlu Məmmədov vəzifəsindən geri çağırılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Qaya Məmmədov 2018-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsinə təyinat almışdı.

Bir qrup səhiyyə işçisinə fəxri adlar verildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar həkim” Əsgərov Sahib Abbasəli oğlu; Xəlilov Zaur Bəhmən oğlu; İsayev Elçin Həmid oğlu; Qədirova Nuriyə Baba qızı; Nəbiyeva Mahirə Əmir qızı. […]

Leyla Əliyeva beynəlxalq təşkilatların rəhbərləri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli görüşlər keçirib. IDEA İctimai Birliyindən Cumhuriyyet.az-a verilən məlumata görə, IUCN-nin baş direktoru ilə görüş zamanı Cənubi Qafqaz […]

Heydər Əliyev adına Sarayın direktoru İŞDƏN ÇIXARILDI

Heydər Əliyev adına Sarayın direktoru Ramil Qasımov tutduğu vəzifədən azad olunub. Bu barədə Cumhuriyyet.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, o, əmək müqaviləsi müddətinin bitdiyi üçün işdən çıxarılıb

29 il sonra Zəngilanda ilk toy olacaq

2020-ci ilin oktyabrında erməni işğalından azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində bu günlərdə toy olacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Yenisabah.az-a kənd sakinləri bildiriblər. Onların sözlərinə görə, əslən Ağalı kəndindən olan Kamran bəy həmin kənddən olan Rəşidə xanımla doğma yurdda nikaha girəcək. Toy məclisi Ağalı kəndində keçiriləcək. Gənclərin toyunda sakinlərlə yanaşı, rəsmi şəxslərin də […]

Pənahəli xanın başdaşı bərpa olunub

Pənahəli xan Cavanşirin başdaşı bərpa olunub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb. Qeyd olunub ki, başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunacaq. Ölkədə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq Milli Azərbaycan Tarixi Muzeyi Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930