Aqrar Universitetin professor-müəllim heyəti jurnalistlərə müraciət edib

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNIN BİR QRUP PROFESSOR-MÜƏLLİM HEYYƏTİNİN MÜRACİƏTİNİ TƏQDİM EDİRİK: Son dövrlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının və onun rəhbərliyinin fəaliyyətinə kölgə salan yalan və böhtan xarakterli yazılar yayımlanır. Biz, Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyyəti adından bu yazılara öz münasibətimizi bildiririk. İlk öncə onu qeyd etmək istəyirik […]

“Uşaqpulu məsələsini qaldırırıq, nazirlik deyir, mümkün deyil” – Deputat

“Azərbaycandakı daxili vəziyyəti, inflyasiyanın artacağını bilirik”. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O qeyd edib ki, inflyasiya ilə mübarizə tədbirləri hökumət tərəfindən ciddi işlənməlidir. Xüsusilə süni qiymət artımının qarşısı mütləq alınmalıdır: “Sosial müdafiə ilə bağlı ciddi şikayətlər var. İndiyə qədər […]

Hamiləliyə və doğuma görə vəsait AZALDILIR

“Dövlət Sosial Müdafiə Fondunun təklif edilən yeni büdcəsinə görə, hamiləliyə və doğuma görə vəsait 50,0 milyon manatdan 47.1 milyon manatadək azalıb”. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, həmçinin uşağın anadan olmasına görə ayrılan vəsait 20 […]

Elçin Əfəndi: Ağstafada saxta diplomlu müəllimlər, hətta direktorlar da var – VİDEO

İstənilən sahədə saxta diplomlu şəxslərin fəaliyyət göstərməsi həmin sahənin inkişafına deyil, tənəzzülə doğru getməsinə rəvac verir. Çox təəssüf ki, saxta diplomlu şəxslər respublikanın orta təhsil sisteminə də sirayət edə biliblər. Onlar arasında nəinki sıravi müəllimlər, hətta məktəb direktorları, dərs hissə müdirləri də var. Son zamanlar yenidən təhsil sənədi nümunəvi olmayan (saxta diplom), mövcud qaydaların tələblərinə […]

Ağstafa Uşaq-gənclər idman məktəbinin yetirmələri Avropa çempionu oldular

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona çatıb. Güləş üzrə U-17 Avropa çempionatında Ağstafa rayon Gənclər və idman idarəsinin nəzdindəki Uşaq Gənclər idman məktəbinin yetirmələri Sərbəst güləş üzrə İlyas İsayev (65 kq), Yusif Dursunov (110 kq) çəki dərəcələrində qızil medal qazanaraq Avropa çempionu adına layiq görülüblər. Bu tarixədək Ağstafa rayonunda ilk olaraq […]

Paşinyan Belarusa gedir

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Belarusa işgüzar səfər edəcək. Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin mətbuat xidmətinin məlumatına görə, baş nazir Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Qeyd edək ki, iyunun 20-21-də Qırğızıstanın sədrliyi ilə Minskdə Avrasiya Hökumətlərarası Şurasının üzbəüz formatda iclası keçiriləcək. Bundan əlavə, iyunun 21-də Minskdə Avrasiya İqtisadi Komissiyası […]

Müdafiə Nazirliyi məlumat YAYDI

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatan və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam edir. Müdafiə Nazirliyindən Cumhuriyyet.az-a verilən xəbərə görə, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-ə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi […]

Pensiya və əmək haqları artırılıb – NAZİR

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur. Cumhuriyyet.az-ın məlumatın görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, ölkəmizdə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) […]

İşçi Qrupun üzvləri Qarabağa səfər ediblər

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvləri və ekspertlərdən ibarət heyət iyunun 16-17-də Cəbrayıl, Zəngilan rayonlarında və Şuşanın Daşaltı kəndində yerləşən mədəni, tarixi və dini abidələrə baxış keçirmək məqsədilə bölgəyə səfər edib, Zəngilan rayonunun Ağalı kəndində İşçi Qrupun növbəti iclası keçirilib. Cumhuriyyet.az xəbər verir ki, İşçi Qrupun üzvləri səfər […]

Neft cüzi ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə, 113,06 dollar təşkil edib. Cumhuriyyet.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunada ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,04% azalaraq 107,95 dollar təşkil edib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930